Podkastlar

İlk avtomobillər haqqında bilmədiklərimiz

Gündəlik həyatımızda əvəzedilməz nəqliyyat vasitəsinə çevrilən avtomobillərin yaranması həmişə müzakirə obyektinə çevrilib. Bəziləri ilk avtomobillərin məhşur Amerika avtomobil şirkəti olan “ Ford” tərfindən yaradıldığını bildirsələr də bəzi tarixçilər  bunun  daha qədimlərə getdiyini deyirlər. Tarixçilər bildirirlər  ki, ilk maşın cizgiləri Leonardo da Vinçi tərəfindən çəkilib. O 1447-ci ildə əzələ gücü ilə hərəkətə gətirilən arabanın layihəsini hazırlayıb. 1600-cü ildə isə hollandiyalı riyaziyyatçı alim Simon Stevin külək enerjisi ilə 30 nəfəri nəql etməyi bacaran araba düzəldir.

Bundan sonra 1769-cu ildə fransız ixtiraçısı Kuno ilk dəfə olaraq buxarla işləyən hərbi avadınlıqları dartmaq üçün üç təkərli araba düzəldir. Tarixçilər bildirirlər ki, ixtiraçının bu avadanlığı  nəyin ki, avtomobilin hətta paravozun əcdadı hesab olunur.Sənayeləşmə prosesinin genişlənməsi və buxar maşınlarından  intensiv istifadə olunması mühəndisləri daha kiçik həcmli mühərriklərin hazırlanması üzərində düşünməyə vadar etdi. İlk benzinlə işləyən mühərrik 1863-cü ildə alman mühəndisi Otto (almanca Nicolaus August Otto) tərəfindən yaradılmışdı. Bunun nəticəsi olaraq 1885 –ci ildə alman mühəndisi Daimler və 1886-ci ildə onun həmkarı Benç  ilk dəfə olaraq benzinlə işləyən və özü hərəkətə gələn maşınları ixtira edərək patent alırlar. XIX  əsrin sonu XX  əsrin  əvvəllərində Amerikalı sənayeçi Fordun işləri avtomobil istehsalında mühüm rol oynayır. Maraqlısı ondadır ki, Henri Ford ilk daxiliyanma mühərrikini evində, mətbəxdə düzəldir. Tezliklə o hazırladığı mühərriki  dörd təkərli velosiped ramasına qoyur və beləliklə ilk “Ford” avtomabilini istehsal etmiş olur. Sonradan onun düzəltdiyi avtomabillər  şöhrət qazanır.

1888-ci ildə Zigfried Makus müstəqil olaraq dördtaktlı mühərriklə hərəkətə gətirilən minik avtomabili istehsal edir və patentləşdirir. Bu maşın gələcəkdə istehsal olunacaq avtomabillərin əksəriyyətinin xüsusiyyətini özündə əks etdirirdi.

Avtomobil istehsalçılarının qarşısında duran əsas vəzifələrədən biri daha surətli avtomobil istehsal etmək idi. Tarixdə sürətlə bağlı ilk rekord 1898-ci ildə fransız Gaston de Chasseloup –Laubat elektrik maşınında  64.14 km/saat sürətlə hərəkət edərək ən yüksək nəticə göstərir. 1899-cu ildə isə  Camille Jenatzy “La Jamais Contente” elektrik avtomobilində 100 km/saat sürətini əldə edir və öz dövrü üçün  rekord müəyyənləşdirdi.

Müasir dövürdə hər cibə uyğun avtomobil almaq mümkün olsa da hələ də retro maşınlara maraq qalmaqdadır. Çünki dövürmüzdə bu cür avtomabilləri kifayət qədər pul xərcləyən onları alan avtomobil kolleksiyaçıları var.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.