Müsahibə, ZZ-Manşet

“İmtahanların müəllimin işinə heç bir təsiri yoxdur”

nabataliMüəllimlər üçün təşkil olunan sınaq imtahanlarının bu gün son günüdür. Keçirilən imtahanlarla bağlı öz fikirlərini 7/24news-la təhsil üzrə ekspert Nabatəli Qulamğlu bölüşüb.

O bildirib ki, müəllimlərin imtahanlarını gecikmiş hesab edir: “Belə imtahanları vaxtında etmək lazımdır. Nazirin əmrindən də göründüyü kimi  bu yoxlamalar diqanostik xarakter daşıyır. Yəni müəllimin işinə, maddi durumuna, şəraitinə heç bir təsiri yoxdur. Sadəcə olaraq nazirlik öz bankında kadrların hesabatını aparır və bilmək istəyir ki hansı kadr hansı səviyyəyə malikdir. Güman edirəm ki bu düzgün fikirdir.Çünki heç kimə sirr deyil ki, indi Azərbaycan təhsil sistemində kadr problemi çox ciddidir. Öz işinin öhdəsindən gələn kadrların sayı 20 % -dən artıq deyil. Lakin qısa müddədə diaqnostik yoxlamanın aparılması o qədər də uğurlu  ola bilməzdi. Ona görə ki, zaman problemi var. Təhsil nazirliyinin öz bankı yoxdur, bu işin aparılması üçün lazımı qədər əməkdaş cəlb etmək mümkün deyil çünki bütün müəllimlər yoxlamadan keçir. Ona görə də təşkilatı işində müəyyən problemlər olur. Eyni zamanda ona da qeyd etmək lazımdır ki, bu TQDK-nın imtahanı kimi deyil, çünki insanlar arasında yaş məhdudiyyəti var. Eləsi var 60 yaşında imtahana gəlib, eləsi var 70 yaşında. Onların 2 saat dözümü də problem altındadır. Bütün bunlar onu göstərir k,i diaqnostik yoxlama lazımi səviyyədə təşkil olunmamışdı  və oluna da bilməzdi. Amma hər halda müsbət qiymətləndirirəm. Əlahiddə halların baş verməsini görmədim”.

Müəllimlərin gələcəkdə də imtahan olunmasıyla bağlı isə ekspert qeyd etdi ki, bu planlar bölgədə davam etdiriləcək: “Burada bir ziddiyyət görürəm. Bəzən Təhsil nazirliyində tələskənliyə yol verirlər. Bir yandan elanlar verir ki, ucqarlara müəllim çatmır. Müəllim çatmırsa bu o deməkdir ki, zəif nəticə göstərmiş müəllimlər gedir rayonlara. Digər tərəfdən də bölgələrdə yoxlamalar aparılır, müəllimlərin biliyi aşkarlanır. Bəs onda bölgələrdə kim dərs deyəcək?”

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.