GSR TV, Reportaj, ZZ-Manşet

İncəsənətə əsaslanan müasir psixoterapiya üsulu

Psixososial reabilitasiya psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə öz yerlərini tutmağa və ətraflarına uyğunlaşmağa  kömək edir. Bu cür reabilitasiyaya bir neçə xidmət daxildir.

Həmin xidmətlər və insanlara təsirləri barədə danışan psixoloq, art terapevt Günel Vəliməmmədova bildirir ki, terapiyalar istifadə edənlərin istəkləri nəzərə alınaraq, həftədə bir neçə dəfə tətbiq olunur:

“Əgər pasiyentin ünsiyyət problemi varsa, biz onu daha çox qrup terapiyalarına yazmağa çalışırıq. Dram terapiyaya, qrup əmək terapiyasına, qrup art terapiyasına ki, ünsiyyəti daha da yaxşılaşsın”.

Psixoloq, əmək terapiyasının əhəmiyyəti barədə bildirir ki, bu terapiya növü həmin şəxslərin sosial aləmə uyğunlaşmasına kömək edir:

“Əmək terapiyasında müxtəlif əl işləri ilə məşğul olurlar. Bu gillə işdir, bəzək əşyalarının düzəlinməsidir, hansısa bir əl işləridir. Əmək terapiyanın əsas məqsədi psixi problem olan şəxsləri əmək fəaliyyətinə cəlb edərək, onların sosial çevrədə adaptasiyasını  təmin etməkdir”.

incesenete esaslanan muasir psixoterapiya usulu (2)

Günel Vəliməmmədova qeyd edir ki, ART terapiyanın isə özünün müxtəlif istiqamətləri var:

“Art terapiya incəsənətə əsaslanan müasir psixoterapiya növüdür. Bir neçə növləri var: foto terapiya, dram, terapiyası, izo terapiya, oyun terapiyası, musiqi terapiyası, rəqs terapiyası”.

“Art terapiyanın digər psixoterapiyalardan fərqi odur ki, bütün insanlar üçün nəzərdə tutulub. Art terapiyada mütləq bir mövzu olur”.

Psixi Sağlamlıq Mərkəzində müalicə alan şəxslərdən birinin valideyni Sürəyya Abdullayeva isə oğlunun müalicə prosesinin onun bacarıqlarını inkişaf etdirdiyini deyir:

“Müalicədən əvvəl biraz kaprizli idi. Sonra müalicəsini etdik. Müalicədən sonra gördük ki, hər bir şeyi bacarır”.  “Mən uşağımı buraxmadım. Həmişə özüm hara, o da ora. Toylara, şənliklərə gedirik. Məsələn, bugün Musiqlili komediya  teatrında olacaq. Dram teatrına, Gənc tamaşaçılar teatrına, Sarayda konsert olanda ora aparıram”.

Sürəyya xanım onu da bildirir ki, oğlu rəssamlıqla məşğul olur və bu sahədən az da olsa qazancı olur:

“Qazancı olub. Məsələn arada bir 2-3 dənə satılan  olub. Kətanlarının pulunu çıxardır. Mən istiyərəm ki, sənətini əlinə alsın, işləsin, ondan sonra evləndirəcəm onu”.


Hazırladı:

Nərgiz Pənahlı

Xatirə İsmayılova

 

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.