Cəmiyyət, Reportaj, ZZ-Manşet

“İndi valideyn Autzimli övladını gizlətmir” - Reportaj

autizm1İlahə Musayevanın  övladına autizm diaqnozu qoyulub. Artıq 5 yaş 7 aylıq olan oğlunun 3 ildir rebilitasiya aldığını bildirir. Uşağın təhsil alması üçün dəfələrlə dövlət səviyyəsində reabilitasiya və ya təhsil mərkəzlərinə müraciət etsə də, Autizmli uşaqların təhsili  üçün belə yerin olmadığını bildiriblər. Ana bildirir ki, Autizmli övladı olanlar ən böyük problemi bağçalarla yaşayır:

“Autizmli uşaqların hər an köməyə ehtiyacları var. Təkbaşına özlərini idarə etməsi qeyri-mümkündür. Hər bir addımlarında kənardan qayğı olmalıdır. Müraciət etdiyim bütün bağçalardan qəti şəkildə “Yox” cavabı almışam. Bağçaların bu qayğılardan qorxduqlarını, çəkindiklərini düşünürəm. Kökündə nə durduğunu açıqlamırlar. Sadəcə  “bu bağçalar sağlam və tipik uşaqlar üçündür” deyib, bütün qapıları bizim üzümüzə bərk-bərk bağlayırlar. Özəl bağçlar isə çox bahadır”.

İlahə xanım son dövrlərdə Autizmlilər üçün edilmiş marifləndirmənin nəticəsindən danışır:

“Artıq Milli Məclisdə Autizmli uşaqların da dövlət məktəblərində təhsil alması söhbətləri gedir. Övladımı  yeddi yaşından sonra məktəbə aparmağı düşünürəm. Ümid edirəm o vaxta bu problem öz həllini tapar”.

2015-ci ildən etibarən  Autizm sindromu  Qanunvericilikdə qəbul edilərək əlillik dərəcəsinə əlavə olunub. O vaxta qədər isə Autizm əlillik dərəcəsində olmadığından Autizmli şəxslərin rəsmi sayı hesablanmayıb. Qeyri-rəsmi hesablamara görə isə Azərbaycanda 4000-6000 arasında Autizmli uşaq var.

Psixoloq Vəfa Şirinova bildirir ki, Autizmli uşaqlar üçün  inkluziv təhsil formasının uyğundur, heç bir problemi olmayan uşaqlarlarla birlikdə bu təhsil alına bilər:

“Son illərdə  autizmlə bağlı maarifləndirmə öz işini çox yaxşı görür. İndi artıq Autizmli övladı olan valideyn onu gizlətməyə çalışmır. Valideyn istəyir övladı sosiallaşsın, bağçaya, məktəbə getsin. İnkulizv təhsildə “kölgə müəllim” deyilən anlayış var. Müəllimlər daim hər zaman, hər addımlarında onların yanında  olur. Bunu onların əllərindən tutaraq, məcburən deyil, sadəcə kölgə kimi hiss etdirməlidirlər. Sadəcə hər şeyi özünün etməsi yaxud da hər hansı matorikasının inkişafı  üçün  şərait yaratmalıdır. Digər uşaqlar daha qəliz məsələlər həll etdiyi vaxt, ona daha asan bir işi tapşırmaq lazımdır. Məsələn, rəsm dərsində hamıya tapşırıq verilir ki, gözəl alma şəkli çəkilsin.  Əgər Autizmli uşaq bunu bacarmırsa, ona şərait yaradılmalıdır ki, o, öz çəkə bildiyi rəsmi çəksin”.

Autizmli uşaqların təhsili ilə bağlı “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova Azərbaycanda inkuliziv təhsil almaq imkanlarının o qədər də yüksək olmadığını deyib, dünya təcrübəsindən misal göstərir. Autizmli uşaqların 30-40 faizində əqli gerilik olduğunu, yerdə qalan digər uşaqlarda isə  öyrənməklə bağlı  problemin olmadığını bildirir:

“Autizmə erkən müdaxilə yaşı 0-3 yaş hesab olunur. Autizmli uşaqlar  həftə ərzində ən azı 20-25 saat, ən çox isə 40 saat təhsillə məşğul olmalıdırlar. Amerikanı nümunə götürsək, uşağa 0-3 yaşa kimi ən azı beş mütəxəssis həmin ailə ilə məşğul olur. Artıq uşağa erkən müdaxilə olunduğu üçün rahat şəkildə bağçaya da, məktəbə də gedə biləcək. Amma Türkiyədə sırf Autizmli uşaqlar üçün məktəblər var. Bu məktəblərin əsas məqsədi 0-6 yaşa qədər uşaqları hazırlayıb, hamı kimi məktəbə getməsini tənzimləməkdir. Dünya reablitasiya sistemində Autizmli uşaqlara təhsil forması müxtəlifdir. Bunlara misal olaraq sərt davranış, normal davranış,  orta səviyyəli davranış sistemlərini göstərə bilərəm”.

Aytən xanım sonda qeyd edir ki, Bakıda Autizmli uşaqlara üçün bəzi mərkəzlər mövcud olsa da, rayonlarda bu şərait heç yoxdur:

“Bizim İctimai Birliyin tərkibində olan mərkəzimizə Tovuzdan, Şəmkirdən,  Hacıqabuldan gələn ailələrimiz var. Müvəqqəti olsa da, gəlib Bakıda məskunlaşırlar. Keçən ilə qədər Hacıqabuldan gələn ailə var idi, saat yarımlıq yolu hər gün gəlib qayıdırdılar. Rayonlarda belə bir mərkəzlərin olmaması böyük problemlərdəndir. Bir yolunu tapıb bunun qarşısını almaq lazımdır”.


Hazırladı: Kəmalə Rövşən

Öncəki xəbərNövbəti xəbər