Bu həftə Aidə Səlimin təqdimatında dinlədiyiniz “Düşər-Düşməz” verilişində İngiltərə və onun adətləri haqqında danışıldı.
Adətən İngiltərədə yeni il gecəsi evə gələn ilk insanın şans gətirdiyinə inanılır və bu insan gələrkən özü ilə pul, çörək, kömür kimi hədiyyələr gətirir. Biz də bu dəfə dinləyicilərdən soruşduq “Həyatda nəyin sizə şans gətirdiyinə inanırsınız?”
Veriliş ərzində İngiltərənin müxtəlif adətləri, musiqiləri və dinləyici şərhləri səsləndirildi. “Uğura gedən yol” rubrikasında isə İngilis yazıçı və drammaturqu U.Şekspirin uğur prinsipləri haqqında məlumat verildi.
3 şərh