Bloq, P.S, ZZ-Manşet

İnsanlar gedə bilər, dost - Bloq

farid

İnsanlar gedə bilər, dost.

Nə qədər sevsə də,

nə qədər qalmaq istəsə də,

gedər insan bir gün…

Bezər bir gün ağrılardan,

Zəifləyər zərbələrdən. Və

…gedər insan.

gedən bəzən geri dönər, dost.

çox sevən dəfələrlə geri dönər,

yenə sevər,

göz yumar izlərə,

tüpürər nifrətə…geri gələr.

Ama dost, gedənin dönməməsi də var!

Bir gün dönməz,

Bacarmaz,

Dönmək üçün sevgini tapmaz özündə,

və gedər, dönmədən…

və səni bir daha eyni qədər sevər?

və…

və heç olar hər şey, dost!

gedənlərin, günahı səndədirsə,

sus, süz bir badə şərab,

və bu gecə öz lənətinə qaldır badəni!

Müəllif: Fərid Hacıyev


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər