Maraqlı, Xəbərlər, ZZ-Manşet

İnsanları daha çox maraqlandıran sualların cavabı

Dünyanın nüfuzlu və məşhur elmi jurnallarından olan BBC Focus illərdir insanların ən çox maraqlandığı sualları mövzunun mütəxəssislərinə və son edilən araşdırmalara əsaslanaraq cavab axtardı. GSR.fm həmin cavabları təqdim edirik:

Niyə hərarətimiz qalxdığında üşüyürük?qizdirma

 

Hərarət bədənin öz termostatının istiliyini yüksəltməsiylə ortaya çıxar. Ancaq adam tərləmədiyi ya da qan təzyiqi yüksəlmədiyi üçün üşüyər.

 

Barmaqlar suda qalınca niyə büzülür?barmaq

 

Əgər hüceyrələrinizin sahib olduğundan daha az sıxlıqda və ya az duzlu suya girsəniz, su osmos üsuluyla bədənə əmilər. Bu da dəridəki hüceyrələrin şişməsinə səbəb olar. Hüceyrələr alt təbəqədəki toxumalara bağlı olduğu üçün dəri bu vəziyyətə uyğunlaşmaq üçün büzülər.

 

Avtomobildə arxa oturacaqda niyə insanın ürəyi bulanır?masin

 

Arxada oturunca üfüq xətti görünmür. Ürək bulanması iç qulaqda hərəkət qəbul edilərkən, gözlərdə isə sabit olduğunuz məlumatının ötürülməsi ilə yaşanır. Yəni arxada oturarkən, beyin avtomobilin hərəkət etdiyini anlamaz və beləcə bədən tarazlığı pozulur.

 

Dəniz havası almaq xeyirlidir?

deniz

 

Şəhərdən uzaq dəniz sahilində yaşamaq sağlam ola bilər. “Dəniz havası” yəni dənizin səbəb olduğu gözəl qoxu, sahildə yaşayan bir bakteriya sayəsində ortaya çıxar. Amma mütəxəssislər bakteriyanın, limanlardakı egzoz qazının havanı daha da çirklətməsinə səbəb olduğunu ortaya qoydu.

 

Hər kəs evində qalsa qrip epidemiyası bitərmi?qrip

 

Bəli. Qlobal bir karantin qrip epidemiyasının sonu ola bilər, ancaq tək bir adamın belə çölə çıxması virusun yenidən yayılmasına səbəb olar.

 

Niyə tək yumurta əkizlərinin barmaq izləri biri ilə eyni deyil?ekiz

 

Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da hüceyrələr tam eyni deyil, xarici görünüşünüzü genləriniz təyin edir. Barmaq izləri isə bədəndəki hormonlara bağlıdır. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün, barmaq izləri də eyni ola bilməz.

 

Kainatın ən soyuq yeri haradadır?soyuq2

 

Dünyanın 5 min işıq ili uzağında yer olan böyük bir toz və qaz buludu Boomerang Nebulada istilik mənfi 272 dərəcə olaraq təxmin edilir.

 

Dijital fotoşəkillər 100 il saxlanıla bilər?a1

Kağızda çıxarılsa ya da günəş şüalarından qorunacaq şəkildə CD-də saxlansa, bəli.

 

OK (yaxşı) nəyin qısaldılmasıdır?ok

 

Bununla əlaqədar ən məşhur nəzəriyyə “All Correct” in (hər şey yolunda) qəsdlən ‘Oll Korreckt’ formasında səhv yazılması və buradan alınmış qısaltma olduğu istiqamətindədir. OK, gülünc olması üçün sözlərin səhv yazılmasının dəbdə olduğu 1840-cı illərdə Boston qəzetlərində məşhur oldu.

 

Mikroblara da mikroba yoluxarmı?mikrob

Bəli. Mikroblara da yoluxan daha kiçik mikroblar var.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.