Cəmiyyət

İnsanların “Yeni il” əhval-ruhiyyəsi

Əvvəlki illərdən fərqli olaraq bu il şəhərdə Yeni il əhval-ruhiyyəsinin aşağı olmasından şikayətlənən Bakı sakini Bəhram dayı deyir ki, indiki dövrdə alış-veriş üçün seçimlərin çox olmasına baxmayaraq  maddi vəziyyət istənilən səviyyədə deyil.

Bu ilki “Yeni il”i Azərbaycanda keçirəcək İran vətəndaşı Fərhad Mirzə də təzə ilin gəlişinin paytaxtın müxtəlif küçələrində fərqli formada hiss olunduğunu bildirir.

Fərhad Mirzə:

Ancaq ayrı küçələrə gedəndə, məsələn; mən Neftçilərə getmişəm belə bir şey yoxdur. Hiss olunmur, ancaq görünür camaat işləyir, işlə bağlı bir yerdədir. Mən İran vətəndaşıyam. Bizdə əsas Novruz bayramı gedir.  Bizdə niyə hiss olunur ?!

Fatimə xanım isə “Yeni il”in gəlişinin insanların əhval-ruhiyyələrinə müsbət təsir etdiyi qənaətindir. O deyir ki, bunun  üçün hər cür şərait yaradılıb. Fatimə xanım Yeni il ab- havasının yalnız şəhər mərkəzində hiss olunması  fikriylə də razılaşmır.

Fatimə xanım:

Yeni il əhval-ruhiyyəsi əlbəəttə hiss olunur. Cənab prezidentimiz İlham Əliyev səyi nəticəsində hər tərəf gözəlləşib, hər tərəf gözəl işiqlara, al-əlvan çıraqlara bürünüb. Hətta rayonlarımızda belə yeni il əhvalruhiyyəsi hiss olunur.

Artıq neçə illərdir ki, bayram hədiyyələri satan Elxan dayı əvvəlki illərlə müqayisədə bu il alıcılıq qabiliyyətinin aşağı olduğunu deyir. Səbəbini isə əhalinin maddi imkansızlığı ilə əlaqələndirir. Elxan dayının fikrincə, insanların istəkləri ilə maddi imkanları üst-üstə düşmür.

Elxan dayı:

Ancaq maddi vəziyyətlə əlaqələndirmək olar, hamı istəyər ki, bayram  keçirsin. Kim istəməz ki, evində şadlıq, bayram, toy-bayram olmasın?!  Yəqin ki, biz iş başında oluruq, 31-i amma 12 də evdə oluruq.

Paytaxt sakinlərinin fikirlərini nəzərə alıb, “Yeni il” əhval-ruhiyyəsinin duyulmamasının səbəbini öyrənmək üçün psixoloq Aida Nəbiyeva ilə əlaqə saxladıq. Əhalinin “Yeni il”i milli bayram hesab etmədiyini deyən psixoloqun fikrincə insanlarda bayram əhvalının aşağı olmasını maddiyyatla bağlamaq düzgün deyil. Aida xanım  insanlara yüksək bayram əhval-ruhiyyəsini yaratmaq üçün bir neçə məsləhət də verir.

Aida Nəbiyeva:

Bayramla əlaqədar heç olmasa özünə kiçik bir sancaq belə olsa almaq, özünü mükafatlandırmaq. Bayrama qədər nələri eləməmişəm. Məsələn: bəlkə bir yaşlılara baş çəkməliydim eləməmişəm, bəlkə bir bu il üçün arzum var idi onu eləməmişəm. Onları mütləq etsinlər ki, onlar şüur altında qalıb onlara əziyyət verməsin.

Yalnız bayramlarda deyil digər günlərdə də bayram əhval ruhiyyəsində olmağınız diləyi ilə…

 


Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. bayram ehval ruhiyyesi her kese bir cure tesir edir.menim 23 yasim olmagina baxmayaraq men her il evimizi usaq kimi sarla zerle oyuncaqlarla beziyirem.cunki bir seyi unutmamaq lazimdir.omur iqsadir ve bunu xos yasamalisan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.