Podkastlar

İnsanlığın qalıcı yaddaşı – Kitabxanalar

Alman filosofu  Şopenhauerin fikrincə “Kitabxanalar insanlığın tək və qalıcı yaddaşıdır.”

Yaddaşsız cəmiyyət təsəvvür edə bilirsiniz ? Hardan gəldiyi məlum olmayan, göydən düşmə, anlaşılmayan bir kütlə.  Özümüzü tanımaq üçün bizə kitabxanalar lazımdır. IX əsrdə Xilafət Bizansa qalib gələndə məğlubiyyətin qarşılığında 20 000 əlyazma kitab istəyir. Nə vətən torpağı, nə qızıl, sadəcə kitab. O vaxtdan kitab digər ikisinə bərabər sayılır.

Hətta kitabları və kitabxanaları dinə bərabər tuturlar. 1445-ci ildə Alman ixtiraçı Quttenberg  çap maşınını ixtira edəndə birinci Bibliyanı çap eləyir. Lakin elə ilk çapı qadağan olunan kitab da Bibliya olur. Çünki insanlar öz evlərində müqəddəs kitabı oxuyub, kilsəyə getmir. Bu da öz növbəsində kilsənin etirazına və qadağasına səbəb olur. Daha sonra kilsənin öz nəznində kitabxana yaradılır. Bu kitabxana ictimaiyyətə açıq olmur, yalnız keşişlər istifadə edə bilir.

İlk açıq kilsə kitabxanasını isə protestantlar qurur. Kitabxana elə özü  məbədə çevrilir. Sənin mənəvi zövqünü formalaşdıran, səni yüksəldən məbəd. Amma ilk kitabxanaların yaranma səbəbi heç də mənəvi zövq məsələsi deyil.

İlk vaxtlar kitabxana hüquq sisteminin ehtiyacından yaranır. Birinci ictimai kitabxananı romalılar yaradır. Dövlət büdcəsindən maliyyələşən bu kitabxana senatın nəznində yaranır. Senat Kitabxanasında məhkəmə qərarları, qanunlar, konsulların fərmanları, vergi kağızları və s. toplanır. Sonra bura bədii, dini, fəlsəfi və müxtəlif kitabları da toplamağa başlayırlar.

Kitab həm də, mədəniyyətdir. Elə yunanlar da antik kitabxanaları öz mədəniyyətlərini təbliğ etmək üçün ucqarlarda tikirlər. Ona görə də bu kitabxanalar Afinada deyil, uzaq İskəndəriyyə və Perqamonda tikilir. İskəndəriyyə kitabxanasında 700 000-dən çox, Perqamonda isə 500 000 –dən çox əlyazma olur. İskəndəriyyə kitabxanası yanandan sonra Perqamon kitabxanasını İskəndəriyyəyə köçürürlər. Bununla da Kiçik Asiya öz kitabxanasını itirir.

Ərəblər İskəndəriyyəni ələ keçirəndə kitabxananı da mənimsəyib, ərəb dilinə tərcümə edirlər. Avropalılar isə özlərini yalnız səlib yürüşləri vaxtı ərəb dilli ədəbiyyatda öyrənirlər. Kitablarını ərəb dilindən yenidən öz dillərinə tərcümə edirlər. Səlib yürüşlərinə qədər Avropanın Aristoteldən xəbəri olmur. Ərəblər isə artıq Ərəstunu öyrənib, bitirirlər.

Dünyanın kitabxana mübarizəsində yenidən Avropalılar qalib gəlir. Bütün bunlar Amerikanın Amerika olmasına qədər davam edir. Çünki, bu gün qalib Amerikadır. Dünyanın ən böyük kitabxanası Amerikanın Konqress kitabxanasıdır. Bu kitabxananın əsası 1800-cü ildə 24 apreldə qoyulur. Həmin gün Amerika prezidenti Con Adamson paytaxtın Filadelfiyadan Vaşinqtona köçürülməsini nəzərdə tutan sənəd imzalayır. Elə bu sənəddən sonra mərkəzi kitabxana yaradılır və layihəyə büdcədən 5000 dollar ayrılır. Bu  pulla Konqressə lazımlı kitablar alınır və bina tikilir. Əvvəllər bu kitabxana Konqress nümayəndələri və prezidentlər üçün nəzərdə tutulur, daha sonra ictimai kitabxana statusu alır. Bugün kitabxana fondu 142 milyon təşkil edir. Bunun 62 milyonu əlyazmadır.  Hər il bu kitabxananı 1, 7 milyon oxucu ziyarət edir, 3600 işçi isə onlara xidmət göstərir.  Ən böyük kitabxana özündə 18 zalı və hər zalda 1460 oxucu yerini birləşdirir. Bəzi mənbələrdə deyilir ki, bu kitabxanadakı bütün nümunələrə gözucu baxmaq üçün 137 il lazımdır.

Komputer erası kitabxanaları da elektron versiyada fəaliyyət göstərməyə sövq edir. Elə Konqress kitabxanasının təsisçiliyi ilə 21 aprel 2009 –cu ildə Beynəlxalq Rəqəmsal Kitabxana yaranır. Dünyanın ən böyük virtual kitabxanası 7 dildə fəaliyyət göstərir. 2013-cü ilin payızında isə Texasın San-Antonio şəhərində dünyanın  birinci kitabsız kitabxanası açılacaq. “Bibliotech” adlanacaq bu ictimai kitabxanada bütün kitablar elektron versiyada olacaq.

Maraqlı tarixçəsi olan digər kitabxana isə Britaniyanın Muzey kitabxanasıdır. Britaniya  orta əsrlərdə  kitab alış-verişi mərkəzinə çevrildiyindən ora başqa qitələrdən nadir kitablar gəlir, həmin kitabları muzeydə toplayırlar və Muzey kitabxanası yaranır. İngilislər üçünsə kitab həmişə maraqlı olub.  İngilislərin kitaba olan sevgisi oğurluqla nəticələnir. 18-ci əsrə qədər Avropa kitabxanalarında kitabları zəncirlə rəflərə bağlayırlar ki, oğurluq olmasın. Bu zəncir kitabı rahat götürüb, oxuyacaq uzunluqda olur. İndiki dövrdə İngilis kitabxanalarından ən çox oğurlanan kitab “Ginnesin Rekordlar” kitabıdır .

Dünyanın ən kiçik kitabxanası isə Somerset şəhərindədir. Bu kitabxananın binası kiçik telefon köşkündən ibarətdir. Sakinlər bura oxuduqları kitabları gətirir, oxumadıqlarını isə aparıb oxuyub, yenidən kitabxanaya gətirirlər.

Azərbaycanda isə Milli Kitabxananın əsası 1922-ci ildə qoyulur. Rəsmi açılış 1923-cü ildə olur. 1939-cu ildən isə bu kitabxana mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adını daşayır.  Yarandığı ilk vaxtlarda kitabxananın fondunda 5000 nüsxə kitab olsa da, hazırda  kitabxanada 4 milyon 513 min çap məhsulu saxlanılır.  Oxucuların sayı il ərzində 34000 nəfərə çatır. Milli Kitabxana 2005-ci ildə “Avropa Milli Kitabxanalar Konfransı” Beynəlxalq Təşkilatının üzvlüyə qəbul edilir.

23 aprel isə dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur.

 

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Hi are using WordPress for your blog platform?
    I’m new to the blog world but I’m trying to get started and create my own. Do you need any coding expertise to make your own blog?
    Any help would be greatly appreciated!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.