İdman, Xəbərlər, ZZ-Manşet

“İnter” klubu liderliyə yüksəlib

73526

Bu gün Topaz Premyer Liqasında VI turun oyunları start götürüb.

GSR.fm-in Qol.az-a istinadən verdiyi məlumata görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Turun açılış matçı Şüvəlanda oynanılıb.

Mövsümə uğursuz başlayan AZAL “İnter”i sınağa çəkib.  Bu görüşdə “İnter” 3:1 hesabı ilə qalib gəlib.

Zaur Svanadzenin komandası isə qələbə qazanmaqla, həm ən azı 1 günlük lider olub, həm də ilk dövrəni ilk “üçlük”də bitirməyi təmin edib.

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (şənbə)

16:00 AZAL – “İnter” – 1:3
Qollar:
Nizami Hacıyev, 45+1 (0:1),Nuqzar Kvirtiya, 54 (1:1), Rauf Əliyev, 63 (1:2), Ağabala Ramazanov,64 (1:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”

25 sentyabr (bazar)

15:30 “Kəpəz” – “Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

18:00 “Zirə”  – “Qəbələ”
Hakimlər:
Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Zirə İdman Kompleksinin stadionu

27 sentyabr (çərşənbə axşamı)

19:00 “Neftçi” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
“Əlincə Arena”

N Klublar O Q H M T-F X
1 İnter 6 4 2 0 11-6 14
2 Qəbələ 5 4 1 0 15-0 13
3 Qarabağ 5 4 0 1 14-2 12
4 Kəpəz 5 1 3 1 5-5 6
5 Zirə 5 2 0 3 4-6 6
6 Sumqayıt 5 1 1 3 3-6 4
7 Neftçi 5 1 0 4 3-14 3
8 AZAL 6 0 1 5 2-17 1

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6 qol

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.