Aktual

İnternetin gələcəyi müzakirə olunacaq

Bloqosfer formu ilk dəfə 2010-cu ildə təşkil olunub. Keçən ilki Bloqosferin nəticələri barədə danışan forum təkilatçılarından biri İlqar Mirzə bu sahədə köklü dəyişikliyin və ya inkişafın olması üçün bir ilin və ya bir layihənin bəs etmədiyini dedi. Amma O, 1 il ərzində müəyyən dəyişikliklərin olduğunu nəzərə çatdırdı.

İlqar Mirzə

– Müqayisə olunanda keçən ildən hiss olunur ki, regionlarda bloqçuluqla məşğul olan insanların sayı nisbətən artmağa başlıyıb. Dəyişikliyə aid bir məqamıda deyim ki, son bir il ərzində bloqçuluq sahəsinə olan, bloqlara olan loyallıq artıb. Yəni, qabaq bu yalnız siyasi alət kimi görülürdüsə, artıq siyasi alət deyil, insanların özünü ifadə eləmək üçün bir vasitə kimi yaranmışdır. Yəniki o sertipiki qıra bildik. Müxtəlif biznes qurumlarında bloq sahəsinə maraq yarada bildik.

Biz də Bloqosfer 2010-un iştirakçılarından Forumun onların fəaliyyətinə olan təsirlərini öyrəndik.

Mobil media birliyinin rəhbəri Vüqar Səfərov Bloqosferin öz bilgilərini paylaşmaq və yeni insanlarla tanış olmaq baxımından onun üçün yararlı olduğunu dedi.

Vüqar Səfərov

– Orda mən Hacı Hacıyevi tanıdım. Onunla bir yerdə bir necə işlər gördüm. Mənə şəbəkələşmədə kömək elədi Bloqosfer. Vüsalə Əlibəylini gördüm. salto yuss haqqında o bizə məlumat verdi. Bundan əlavə, orada mən çıxış elədim, “İnternet televiziya”sı haqqında məlumat paylaşdım, insnlarla diskusiyaya girdim və onlarında fikrini öyrəndim. Bu yaxınlarda təlim var idi orda “İnternet televiziya”sı haqqında danışanda elə orda aldığım bilikləri bölüşdüm. Bambuzer istifadə etməyi orda öyrəndim sonra digər gəncləri öyrətdim.

Yeni media üzrə ekspert Əli Novruzov isə Bloqosfer 2010-nun ictimaiyyət üçün əhəmiyyətindən danışdı. Belə tədbirlərin keçrilməsinin müsbət tərəfllərini sadaladı.

Əli Novruzov

– Yeni Media adındanda göründüyü kimi Azərbaycanda lap təzədir. Belə tədbirlərin çox olması ona kömək edir ki, birincisi bu sahədə insanlar arasında sıx ünsiyyət yaranır. Yeni-yeni gənclər bu sahəyə cəlb olunur. Bundan başqa ictimaiyyət bu sahə haqqında düzgün məlumatlanır. İnternet təkcə çat üçün, oyun oynamaq üçün, tanışlıq üçün deyil. Bunu insanlara başa salmaq lazımdır. İnternet bizim həyatımzın hər sahəsində xeyirli bir alətdir. Xüsusəndə gənclərimiz. Mən çox görürəm ki, gənclər İnternetdən sadəcə əyləncə məkanı kimi istifadə edirlər. Bu tendensiyaya son qoymaq lazımdır. Bloqosfer kimi tədbirlər bizə kömək edir ki, bu stereotipi sındıraq, insanlara İnternet haqqında daha ətraflı məlumat verək.

Novruzov Bloqosfer 2010-un bloga və bloqerlərə olan stereotipləri dağıtmaqda böyük rola malik olduğunu da əlavə etdi.

Əli Novruzov

– Azərbaycanda bloqa və bloqçulara qarşı münasibət bir mənalı deyil. Bəzi insanlar bunu çox yaxşı qarşılayır. Bəzi insanlar tənbəllik kimi baxır, avara bir şey kimi baxır. Bəzi insanlar təhlükəli bir şey kimi baxır. Bu sahədə olan tədbirlər kimi Bloqosfer də bu stereotipləri dağıtmağa kömək edir. İnsanlara başa salmaq lazımdır ki, bloq düşmən deyil, bloq avaraçılıq vasitəsi deyil. Bloq da alətdir, İnternetin vasitəsidir. Biz bundan istifadə eliyərək çox gözəl ictimai fəaliyyət qura bilərik. İnsanlara informasiya çatdıra bilərik. Bloqosfer bu sahədə xeyli iş gördü.  Stereotipləri dağıtmağa kömək edən tədbirlərdən biri oldu bloqosfer.

Weboxu.com saytının redaktoru Şaiq Muradov isə deyir ki, Forum bloqçularla, texniki tərəfdə fəaliyyət göstərən insanları tanış etdi.

Şaiq Muradov

-Bloqosferdə ikitərəfli bir şeydir. Birincisi, yazarları əhatə edir bloqçuluq ümumiyyətlə. İkinci bunu texniki tərəfidir. Yəni texniki işlərlə məşğul olanlardır. Ən böyük üstünlüyü bu iki tərəfi tanış elədi. Bundan sonra müxtəlif bloqerlər var ki, hansı onların fəaliyyət göstərdikləri bloq platformaları pulsuz platformalar idi. Onlar daha çox texniki imkan verən platformalara keçə bildilər. Ötən il Bloqosferdən bu yana bir çox blogerin bloqu artıq öz fərdi domeyin ünvanlarına keçdi. Onların Word Press bloq spotdan əlavə özlərinin domeinləri oldu.

Bloqosfer 2011-i keçən ilkindən fərqləndirən cəhətlər də olacaq. Belə ki, forumda bir il ərzində Azərbaycan internet məkanında baş vermiş dəyişikliklərlə bağlı mütəxəssislərin təqdimatları olacaq. İştirakçıların sayının 150 yə qədər olacağı gözlənilir. Və Bloqosfer 2011 daha çox biznes qurumlarını, dövlət orqanlarını əhatə edəcək. İlqar Mirzə Bloqosferin iştirakçılarının müxtəlifliyi ilə seçilən bir tədbir olduğunu vurğuladı.

İlqar Mirzə

– Burda həm müstəqil bloqçular həm dövlət qurumunun nümayəndələri həm biznes qurumunun nümayəndələri media orqanlarını təmsil edən jurnalistlər və s. iştirakçıları var. Bloqosfer iştirakçılarının müxtəlifliyi ilə seçilən bir tədbirdir.

Bloqosfer forumu siyasi baxışından, dini düşüncəsində asılı olmayaraq internet, sosial media, bloqçuluqla maraqalanan hər kəs üçün açıqdır. Amma forumun büdcəsi məhdud olduğundan iştirak etmək istəyənlərin müəyyən bir hissəsi Bloqosfer hesabına bu forumda iştirak etmək haqqı qazanacaq. Qeydiyyatdan keçmiş şəxslərin seçimi zamanı nələrə daha çox üstünlük verəcəksiniz sualına isə İlqar Mirzənin cavabı belə oldu?

İlqar Mirzə

– Bloqosfer forumu sosial media, İnternet mediası, bloqçuluq bu sahə ilə maraqlanan bu sahə üzrə çalışan hər bir insan üçün açıqdır. Seçim zamanı insanların bu sahə üzrə təcrübəsi nəzərə alınır. Yəni nə qədər təcrübəlidirlər. Eyni zamanda, bu insanların təklif elədiyi mövzular, Azərbaycan İnternet sahəsində gördükləri problemlər onların müzakirələrə nə dərəcədə açıq olması kimi kriteriyalar üzrə qiymətləndirilir və seçilir.

İlqar Mirzə onu da əlavə etdi ki, onların seçimindən başqa, bu sahədə maraqlı olan hər kəs qeydiyyatdan keçərək öz hesablarına da olsa iştirak edə bilərlər.

Amma Bloqçuların və Yeni Media mütəxəssislərinin Forumunun dəyişilməz qaydaları da var. Ənənəyə sadiq qalaraq bu il də müzakirəyə çıxarılacaq mövzular öncədən deyil, elə forum zamanı iştirakçılar tərəfindən təklif olunacaq. Təşkilatçılar mövzulara müdaxilə etməyəcəklər.

İlqar Mirzə

– Təklif olunan mövzular içərisində forum iştirakçılarının üçün ən maraqlı olan mövzular müzakirələr üçün seçilir. Əsas kriteriya odur ki, mövzular Azərbaycanda Sosial Media və bloqçuluq sahəsində olan hər hansı problemi və yaxud hər hansı məsələni əks etdirsin özündə.

Təkliflər səsləndirildən sonra onların arasından səsvermə ilə ən maraqlı mövzular seçiləcək. Təyin olunmuş mövzulara uyğun qruplar yaradılacaq və təkliflərin müzakirəsi aparılacaq. Problemlər və onların həlli yollarını göstərən təqdimatlar hazırlanacaq. Bununla yanaşı, qruplar da öz növbəsində ümumi forum üçün təkliflər edəcəklər. Daha sonra verilmiş təkliflərdən səsvermə ilə seçilənlər forumun yekun qərarı kimi formdan sonra aidiyyatı qurumlara təqdim olunacaq.

Bloqosfer 2011 Forumunun təşkilatçıları Azərbaycan İnternet Forumu, İnformasiya texnologiyaları və İnternet Media təşkilatı, Barcamp Azərbaycan təşkilatıdır.

Öncəki xəbərNövbəti xəbər

5 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.