Aktual

İpotekada bəxti gətirməyənlər

Qubad İbadoğlu:

–         Burada istənilən vətəndaş  iştirak edə bilər. Təbii ki,  bəzi məhdudiyyətlər də var  pensiya yaşıyla bağlı. İpoteka kreditləşməsi üzrə  ödəniləcək son məbləğin, yəni borc vəsaitinin tarixi gərək həmin şəxsin  pensiya yaşından əvvəlki dövrə  təsadüf etsin.

Azərbaycanda təkcə 2010-cu ildə 2500 nəfər ipoteka kreditindən yararlanıb. 2011-ci ilin birinci yarısında “İpoteka Fondu”nun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 43 milyon 8 yüz min  manat təşkil edib. Azərbaycanda Ipoteka krediti götürənlərin 72 %-i isə gənclər olub. Lakin elə gənc ailələr var ki, onlar nə adi, nə də güzəştli ipoteka kreditlərindən istifadə edə bilmirlər. İpoteka fondunun agent banklarından müsbət cavab ala bilmədikləri üçün məyus olan Pərvanə Əlizadə bunları deyir.

Pərvanə Əlizadə:

–         Müraciət etmişdik, lakin müsbət nəticə əldə edə bilmədik . Çünki orada iş yerindən arayış istəmişdilər, yoldaşımsa  sərbəst işdə işlədiyindən bunu edə bilmədi. Başqa bir tərəfdən də çətinliyimiz  ilkin ödənişlə bağlı idi. İmkanımız yox idi ilkin ödəniş verək.

Adi ipoteka kreditləri 3 ildən 25 ilədək müddətə, illik  8%-dən çox olmayan dərəcə ilə və 20 % ilkin ödənişlə verilir. Kreditin maksimal həcmi 50 min manatdır.

Güzəştli ipoteka kreditləri isə maksimum 30 il müddətinə, 4% maksimal illik faiz dərəcəsi  ilə və 15 % ilkin ödənişlə verilir. Kreditin maksimal həcmi isə 35 min manatdır.

Ancaq bu şərtlər  gənclərin hazırkı iqtisadi durumu ilə uyğun gəlmir. Qubad İbadoğlu belə deyir. O inflyasiya ilə qiymətlərin üst-üstə düşmədiyi fikrindədir :

Qubad İbadoğlu:

–         Kreditlərin faiz dərəcəsi çox yüksəkdir. Əgər ölkədə 5.7 % keçən il  və ondan əvvəlki il 1.5 %  infilyasiya olubsa illik , onda ipoteka kreditləri üçün 8%-lik bir həddin müəyyənləşdirilməsi təbii ki infilyasiyadan dəfələrlə yüksək bir göstəricidir və son nəticədə borcalan üçün öhdəliklərin çoxaldır.

Qubad İbadoğlu deyir ki, kredit almaq istəyən  gəncləri narahat edən əsas məsələ kreditin maksimal  məbləği ilə daşınmaz əmlak bazarındakı mənzillərin qiymətləri arasında fərqin çox olmasıdır.

Ipoteka krediti almaq üçün müraciət edən Pərvanə bildirir ki, bankdan verilən pulla bazar qiymətləri tərs mütənasibdir:

Pərvanə Əlizadə:

–         Onlar verirlər 50 min manat . Bu 50 min manata da biz istədiyimiz yerdən evi ala bilmərik. Uşaqlar balacadı hələ və bir qız, bir oğlandı. Böyüyəndə onlar  başqa-başqa otaqlarda yaşamalıdılar.

İqtisadçı ipoteka kreditlərinin verilməsi yolu ilə evsizlik probleminin nə dərəcədə həll olunmasına da aydınlıq gətirdi:

Qubad İbadoğlu:

–         Azərbaycanda təəssüflər olsun ki, hazırkı şərtlər İpoteka kreditləri vasitəsilə mənzil təminatının kütləvi şəkildə həll olunmasına imkan vermir.

Lakin Küveyt, Səudiyyə Ərəbistani kimi bir çox ölkələr var ki, bu məsələdə kifayət qədər uğur qazanıblar. Qubad İbadoğlu həmin ölkələrdə ipoteka kreditləri verilməsi sisteminin düzgün aparıldığını bildirir:

Qubad İbadoğlu:

–         Azərbaycanda əgər tikinti əmanət kassaları vasitəsilə ipoteka kreditləşməsi prosesi düzgün qurularsa o halda mən elə hesab edirəm ki, biz daha çox gənc nəslin və bütövlükdə mənzilə ehtiyacı olan vətəndaşlarımızın bu probleminin həllinə töhfə verə bilərik.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən,  ev almaq istəyən gənclər üçün ipoteka şərtləri asanlaşdırılacaq. Mütəxəssislər bundan sonra daha çox gəncin ev-eşik sahibi olacağına ümid edir.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: ventolin inhaler
  2. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.