Sosial, ZZ-Manşet

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Təcrübə Proqramı elan edir

14633100_1836785966553841_777013259110532168_n

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrlərə  təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrlər, həmçinin ali  təhsilli şəxslər İİTKM-yə müraciət edə bilərlər:

– İqtisadiyyat, maliyyə, riyaziyyat, IT və ya hüquq sahələri.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
–  Məntiqi və analitik düşünmə qabiliyyəti;
– Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
– Ünsiyyət və təqdimat bacarığı.

GSR.fm Mərkəzin saytına istinadən xəbər verir ki, təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 30 oktyabr 2016-cı il tarixindən başlayaraq, 11 noyabr 2016-cı il tarixinə kimi info@iqtisadiislahat.org ünvanına CV(3×4 formatlı şəkil,  xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Əlaqə nömrəsi: (+99412) 521 33 18

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.