İqtisadiyyat, ZZ-Manşet

“İran Azərbaycan qazını ala bilər”

qaz-570x300“İran Azərbaycan qazını ala bilər”

GSR.fm-in Anspress-ə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan İranın sənayə, mədən və ticarət nazirinin müavini Müctaba Xosrovtac Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə deyib.

Müctaba Xosrovtac həmçinin qeyd edib ki, İran Azərbaycanla energetika sahəsində əməkdaşlıq çərçivəsində üçüncü ölkədə, məsələn Rusiyada ARDNŞ ilə birlikdə ortaq müəssisə yaradılmasını planlaşdırır.

Qeyd edək ki, ARDNŞ ilə İranın NİGEC şirkəti arasında bir neçə il bundan əvvəl qaz nəqli ilə bağlı qısamüddətli müqavilə imzalamışdı. Hətta İran tərəfi uzunmüddətli saziş əsasında Azərbaycandan bir neçə milyard kubmetr qaz almağa hazır idi. Lakin danışıqlar uğurla nəticələnməyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.