İqtisadiyyat, ZZ-Manşet

İran Azərbaycana məhsul ixracını artırıb

kamazİranın Gömrük administrasiyasının məruzəsindəki məlumata görə, martın 21-də başlayan təqvim ilinin birinci rübündə İran Azərbaycana portfel ticarəti vasitəsi ilə 11,412 milyon dollar məbləğində məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13 faiz çoxdur.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, göstərilən dövrdə İran Astara vasitəsi ilə Azərbaycana 5,46 milyon dollar, Culfa vasitəsi ilə 3,39 milyon dollar, Biləsuvar vasitəsilə 2,48 milyon dollar, Poldəşt vasitəsilə 85 min dollar məhsul ixrac edib.

Cari İran təqvim ilinin birinci rübündə İrandan portfel ticarəti vasitəsi ilə MDB ölkələrinə 19,03 milyon dollar həcmində məhsul ixrac edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,57 faiz azdır.

2014-cü il martın 20-də başa çatan ötən İran təqvim ilində portfel ticarəti vasitəsi ilə İrandan məhsulların ümumi ixracı 101,46 milyon dollar həcmində məhsul ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,92 faiz çoxdur.

Cari İran təqvim ilinin birinci rübündə bu ölkədən qeyri-neft sektorunun məhsullarının xarici ölkələrə ixracı 11,859 milyard dollar, idxal isə 12,386 milyard dollar olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.