Siyasət, ZZ-Manşet

İran Lozanna görüşündə iştirakını təsdiqləyib

iran2-570x360İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə Suriyaya dair görüşdə iştirak edəcək.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi bəyan edib. “Xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək”, deyə B.Qasımi bildirib.

Qeyd edək ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.