İqtisadiyyat, ZZ-Manşet

İran qaz swap müqaviləsində dəyişikliklər istəyir

iran-azerbaycan-bayaragi-570x360İran Azərbaycanla qaz swap müqaviləsində dəyişiklik etmək istəyir.
Bunu Bakıda səfərdə olan İran sənaye və ticarət nazirinin birinci müavini Müctəba Xosrovtac bildirib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, M. Xosrovtacın sözlərinə görə, bu məsələ ötən gün ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə də müzakirə olunub.

“Biz Naxçıvan Muxtar Respublikasına qaz verir və eyni həcmdə Azərbaycandan idxal edirik. İranın yayda qaza ehtiyacı azalır, qışda isə çoxalır. Biz təklif edirik ki, bizə veriləcək qaz Azərbaycanın yeraltı anbarlarında saxlanılsın və qışda İrana nəql olunsun”, – deyə nazir müavini vurğulayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.