27 yaşlı Nigar İsgəndərova I qrup gözdən əlildir. Nigar 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və caz fakültəsini bitirib. 4 ildir ki, işsiz olduğunu deyir. İş üçün etdiyi müraciətlər isə heç bir nəticə vermir.
Nigar İsgəndərova:
38 saylı gözdən əlillər üçün musiqi məktəbi var. Ora müraciət eləmişəm. Orada deyiblər ki, yer yoxdur. Ondan sonra dövlət orqanlarına müraciət etməyə başladım. Yəni kömək baxımından elə bir ümidverici bir şey demədilər. Prezident aparatına müraciət etdim. Heydər Əliyev Fonduna yazdım. Mədəniyyət Nazirliyinə yazdım. Deyir ki, məktəblərdə yer olanda sizi işlə təmin edəcəyik. Yəni belə konkret cavab gəlmədi.
Nigar xanım deyir ki, işsiz qalmaq daha çox əlil insan üçün çətindir. Əlillər də digər insanlar kimi sağlam cəmiyyətin üzvü olmaq istəyirlər.
Nigar İsgəndərova:
Nə qədər gözləmək olar ki. Baxma da, yəni işsizlik çox çətindir. Yəni biz əlil insanlarıq. Bütün günü evdə qapanıb oturmaqla da bir şey çıxmır. İstəyirik ki, sağlam cəmiyyətə inteqrasiya olunaq. Belə görürsünüz ki, götürməyəndə də insanda ruh düşkünlüyü yaranır. Ona görə də bir az həyatdan küsürsən. Hiss edirsən ki, səni bu cəmiyyət seçir, qıraqlaşdırır. Nə olar ki problemli insan olanda, əlil olanda?! Bəlkə də biz onlardan qat-qat üstünük. Bəlkə də yox, elə eləyik. Şəxsən mən özümü sağlam insanlardan üstün bilirəm.
Qəhrəmanımın sözlərinə görə, əlil olmaları heç də onları başqa insanlardan asılı vəziyyətə salmır. Hamı kimi onlar da sərbəst şəkildə işləyə və internetə daxil ola bilirlər. Hətta internet vasitəsilə xarici ölkələrdə yaşayan əlil insanlarla əlaqə də qururlar. Nigar xanım deyir ki, bu əlaqə vasitəsilə onlar xarici ölkələrdə əlillərə necə münasibət bəslənildiyini öyrəniblər.
Nigar İsgəndərova:
Xarici ölkədə belə deyil. Əlilləri çox gözəl qarşılayırlar. Onları hər bir işlə təmin edirlər. Xarici ölkələrdə əlillər bizim kimi sürünüb əziyyət çəkmirlər. Yalnız bizim Azərbaycandadır. Əlillərə pis baxmaq, yuxarıdan aşağı baxmaq yalnız və yalnız bizim Azərbaycandadır. İnternetdə dostlarımız, tanışlarımız var. Müxtəlif ölkələrdən əlillər var. Onların yaşamı ilə öz yaşamımızı müqayisə edəndə, bizdə hər şeyin nə qədər aşağı səviyyədə olduğunu görürük.
2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) «Əlillərin hüquqları haqqında» Konvensiyasına qoşulub. Konvensiyanın 27-ci maddəsinə əsasən, iştirakçı dövlətlər əlillərin əmək hüququnu digər şəxslərin əmək hüququna bərabər tuturlar. Bu hüquqa əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququ daxildir.
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda “Əlillərin hüquqları haqqında” Konvensiyanın heç bir bəndinə əməl etmirlər.
Sahib Məmmədov:
Azərbaycan hökuməti baxmayaraq ki, BMT-nin əlilliyi olan şəxslərin hüquqlarına dair konvensiyaya qoşulub, amma bizdə onun heç bir bəndinə əməl olunmur. O konvensiyaya zidd olaraq hələ də qanunvericilikdə əmək qabiliyyəti olmayan anlayışı var. Komissiyalar “əmək qabiliyyətli deyil” yazırlar və onunla da işə götürənlər hətta iş yeri olsa da, işə götürməkdən çəkinirlər.
Sahib Məmmədov deyir ki, Azərbaycanda qanunlar formal xarakter daşıyır. Onun sözlərinə görə, əlillərin işsizlik probleminin aradan qaldırılması məsələsinə qanunda kifayət qədər yer ayrılmayıb.
Sahib Məmmədov:
Bir sıra tədbirlər görülməlidir. Birincisi, rəqabətli əmək bazarında hamı kimi işləməsi üçün şərait yaratmalıdır. Əgər bu alınmırsa, sosial müəssisələr yaradılmalıdır. Heç sosisal müəssisələr haqqında indiyə qədər qanun da yoxdur. Yaxud müdafiə olunan, dəstəklənən məşğulluq növlərinin təmin olunması üçün hökumət tədbirlər görməlidir. Amma heç nə yoxdur. Azərbaycanda bu gün bir dənə də olsun müəssisə yoxdur ki, ora əlilliyi olan şəxslər üçün müəssər olsun.
Hüquqşünas onu da əlavə edir ki, əlillərin işlə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarət etməlidir. Lakin Nazirliyin binasında əlillər üçün heç bir şərait yoxdur ki, onlar sərbəst şəkildə gəlib öz problemləri haqqında məlumat verə bilsinlər.
Sahib Məmmədov:
Heç Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əlilliyi olan şəxslər üçün hazır binası yoxdur. Əlillərin reabilitasiya mərkəzi var. Orada əlilləri qucaqlarında qaldırırlar. Heç Nazirliyinin binasına giriş imkanı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə girib otaqları sərbəst axtarsınlar, reylefli yollar, heç nə yoxdur. Nəzarəti həyata keçirən dövlət orqanında vəziyyət belədir, onda da qala, digər yerlərdə.
Azərbaycan “Gözdən Əlillər Cəmiyyəti”nin vitse-prezidenti Reyhan Cəfərova isə deyir ki, ölkədə əlillər üçün ayrıca müəssisələrin yaradılması vacib deyil. Əlillər də hamı kimi cəmiyyət daxilində işləməlidir. Reyhan xanım bildirir ki, “Gözdən Əlillər Cəmiyyəti” bir çox müəssisəyə, mobil rabitə şirkətlərinə əlillərin işlə təmin olunması üçün yazılı şəkildə müraciət etsə də, heç bir cavab ala bilməyib. Reyhan xanımın fikrincə, bir çox əlilin işsiz qalmasının səbəbi işəgötürənlərin inamsızlığı və savadsızlığı ilə bağlıdır.
Reyhan Cəfərova:
Əgər inteqrasiyadan söhbət gedirsə, inklüziyadan söhbət gedirsə, burada artıq ayırmaq lazım deyil. Bunlar üçün ayrıca, xüsusi iş yerlərinin olması da vacib deyil. Əksinə həmin müəssisələrdə müəssər bir şərait yaradılmalıdır. Buna nə lazımdır? Heç nə. Kompüter var, buna bir səsli proqram lazımdır. Onu da biz bir cəmiyyət olaraq təşkil edirik. Sadəcə olaraq işə götürmək lazımdır.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev də razılaşır ki, Azərbaycanda əlillərlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Onu da əlavə edir ki, əlillər işlə bağlı problemlərinin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidmətlərinə müraciət etməlidirlər.
Musa Quliyev:
Ümumiyyətlə, ölkədə bütün əlillərin işə qəbul olunması ilə əlaqədar o qədər də münbit şərait yoxdur. Yəni, iş yerlərinin bir çoxu özəl müəssisələrdir. Özəl müəssisələrin də sahibləri çox zaman əlilləri işə götürməkdə maraqlı olmurlar.
Millət vəkilinin sözlərinə görə, qanunla təyin olunmuş kvota həm dövlət, həm də özəl müəssisələr üçün 5 faiz müəyyən olunub. Bu kvotaya təkcə əlillər yox, eyni zamanda bütün sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar daxildir. Onu da deyir ki, kvotaya əməl etməyən müəssisələr qanunla cərimələnirlər.
Musa Quliyev:
Dövlət Əmək Müfəttişliyi bu məsələni yoxlayır. Əməl olunmursa, onları çox ciddi cərimə sanksiyaları gözləyir. Mən bildiyimə görə, 25 min manata qədər cərimə müəyyənləşdirilir. O cərimə də Sosial Müdafiə Fonduna köçürülür. Amma cərimələnmək onu işə qəbul etməkdən azad etmir.
Sosioloq Sevda Səfərəliyevanın fikrincə isə, inkişaf etmiş ölkələrdə kvota anlayışı yoxdur. Bu ölkələrdə işə düzəlmək üçün sağlamlıq, əlillik heç bir rol oynamır. Sosioloq eyni zamanda onu da qeyd edir ki, Azərbaycanda istər dövlət orqanlarında, istərsə də özəl müəssisələrdə əlillər üçün heç bir şərait yoxdur. Amma inkişaf etmiş ölkələrdə işçilərinin sayı 15-dən çox olan müəssisələrdə əlillər üçün hər bir şərait yaradılır.
Sevda Səfərəliyeva:
Amerikanın əlilliyi olan insanlar haqqında aktı var. Demək, orada necədir. Sən əgər işə qəbul olunursansa, heç kimin ixtiyarı yoxdur ki, səndən sağlımlıq haqqında arayış tələb etsin. Yəni, işə qəbul olunanda sən ancaq o iş üçün tələb olunan tələblərə cavab verməlisən. Sağlımlığının ya əlilliyinin haradasa göstərilməsi, artıq bir diskriminasiya hesab olunur.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.
Qeyd edək ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyaya əsasən, işə qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə əlillik əlaməti üzrə ayrı-seçkilik qadağan olunur.
viagra buy uk online
http://cialisxtl.com where is the best place to buy generic cialis
http://www.yeezys.me.uk/ Yeezy Shoes
http://www.yeezys.us.com/ Yeezy
http://www.nikes-shoes.us.com/ Nike Shoes
http://www.nfl-jerseys.us.org/ NFL Jerseys
http://www.yeezy-350.org.uk/ Yeezy 350
http://www.pandora-outlet.us.org/ Pandora Outlet Online
http://www.airmax97.us.com/ Nike Air Max 97
http://www.airforce1.de/ Air Force 1
http://www.max270.us.com/ Air Max 270
buy cialis daily https://www.wisig.org/