Müsahibə, ZZ-Manşet

“İŞİD-ı İslamın əsasları ilə əlaqələndirmək olmaz”

elsad miriİraqda İŞİD ( İraq Şam İslam Dövləti) təşkilatının son günlər paytaxt Bağdadı tutmaq cəhdləri davam edir.

Təşkilatın fəaliyyəti ilə bağlı “Dəvət” jurnalının baş redaktoru, ilahiyyatçı Elşad Miri GSR.fm-ə münasibət bildirib: “İŞİD adında ortaya çıxan bir qruplaşmada biz onu görürük ki, bu qruplaşma müəyyən qüvvələrin alətinə çevrilmiş bir təşkilatdır və hazırda bu təşkilatın elədikləri terror əsdirməkdən ibarətdir. Bunlar guya İslamla bağlı hərəkət etdiklərini iddia edirlər. Onların elədiklərinə heç bir şəkildə, heç bir halda haqq qazandırmaq mümkün deyil və bu  gün də İslamın dünya ictimayyəti arasında yalnış anlaşılmasına səbəb ola biləcək davranışlara, hərəkətlərə imza atan təşkilatdır. Mövcud olan məzhəb qarşıdurmasına, sanki, bir də bunlar benzin tökürlər. Ona görə də bunların elədiklərini İslamla və yaxud İslamın əsasları ilə əlaqələndirib, bir qərar vermək doğru deyil”.

Təşkilat Azərbaycan üçün təhlükə yarada bilərmi sualına isə ilahiyyatçı bildirib ki, əsas təhlükə Azərbaycandan gedib İŞİD-a qoşulanlardır: “Ən böyük təhlükə bu gün Azərbaycandan həmin o bölgələrə gedərək İŞİD kimi qruplara qoşulan insanlarla bağlıdır. Çünki bu insanlar bilmədən gözüyumulu şəkildə, məsələn, İslamla əlaqələndirib gedib bu qruplara qoşulurlar və bu da ağır  nəticələrə gətirib çıxarır. Bu cür təhlükə məsələləri həmişə mümkündür”.

İranın İŞİD-a qarşı cihad elan etməsinə toxunan Elşad Miri bunu adekvat cavab adlandırıb: ” İranın cihad elan eləməsi onların Kərbəlaya  qarşı hücuma keçməsiylə bağlı məsələyə adekvat cavabdır. Bəziləri bu qrupları, hətta İraqın baş naziri Malikinin gizli planı olduğu ilə bağlı fikirlər də ortaya atırlar. Digər tərəfdən də bu gün belə bir fikir formalaşıb ki, bunlar məsələn müxtəlif qruplaşmaların, dövlətlərin təsiri altında hərəkət edir, rəhbərliyi və İraqın neft sektorunda olan neft yataqlarını ələ keçirməklə bir növ güc nümayiş etdirir. Yəni bu gün İranın cihad elan eləməsində  məzhəb amilinin əsas rol oynadığını demək mümkündür”.

İslamda bu cür hərəkatların və hərəkətlərin necə qiymətləndirilməsi ilə bağlı isə Elşad Miri bu haqqda konkret ayələrin olduğunu bildirib: “Quranda Allah buyurur ki, hamılıqla hər biriniz birlikdə Allahın ipindən möhkəm yapışın. Başqa ayələrdə var ki, “Firqələrə ayrılmayın”, yəni, Rəbbimiz bunu bizə buyurduğu yerdə bu gün müxtəlif firqələrə, təşkilatlara, hərəkatlara, qruplara, cəmiyyətlərə təriqətlərə məzhəblərə ayrılmaq heç düzgün deyil. İnsan öldürməyin bütün bəşəri öldürmək kimi olduğunu Maidə surəsində Allah qeyd edir, başqa bir ayə də isə qeyd edir ki, “fitnə fəsad salmaq isə insan öldürməkdən daha betərdir”. Ona görə də Quran ayələrini əsas olaraq  müsəlmanlar birləşməyin tərəfdarı olmalıdır. Qruplaşmalara qoşularaq gedib kimlərinsə tərəfində döyüşüb, öldürən də öldürülən də Allahu Əkbər deyərək bir-birinə qarşı vuruşursa, dayanıb düşünmək lazımdır. Demək biz kimlərinsə oyununa, hansısa senarinin qurbanına çevrilmişik”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.