Sosial, ZZ-Manşet

“ISMA Bikes” ilk dəfə “Olympic Moves”da istifafə olunur

velo1Azərbaycan istehsalı olan “ISMA Bikes” velosipedləri ilk dəfə məktəblilərin “Olympic Moves 2017” proqramı çərçivəsində keçirilən velosiped yarışlarında istifadə olunur.  

Məktəblilərdə sağlam və aktiv həyat tərzinin təşviqi məqsədi ilə keçirilən “Olympic Moves” proqramında ilk dəfə olaraq İsmayıllı Velosiped Zavodunun məhsulu olan “ISMA Bikes” velosipedləri istifadə olunub.

GSR.fm-in verdiyi məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev yarışların keçirilməsi üçün “İSMA Bikes”ın istifadəsi barədə məlumat verib: “Biz sevinirik ki, “Olympic Moves” proqramı çərçivəsində məktəblilərin velosiped idmanına marağı böyükdür. Təbii ki, belə kütləvi yarışları keçirmək üçün keyfiyyətli velosipedlər lazımdır. Elə ona görə də biz bu yarışlarda “İSMA Bikes” velosipedlərindən istifadə edirik. “ISMA Bikes” velosipedləri idarəetmə zamanı çevik davranmağa və sərt döngələrdə rahat hərəkətə icazə verir”.

Fərhad Əliyev əlavə edib ki, bundan sonra da məktəbliləri velosiped idmanına cəlb etmək üçün “ISMA Bikes” velosipedlərindən istifadə edərək velo klublar yaradılacaq və müntəzəm yarışlar təşkil olunacaq.

2016-ci ilin avqust ayında prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən İsmayıllı Velosiped  Zavodunun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu İsmayıllı Velosiped Zavodunun məhsulları yüksək keyfiyyəti ilə seçilir.

Qeyd edək ki, məktəblilərin “Olympic Moves” proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və oyunların ümümdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar Bakı şəhəri ilə yanaşı Göygöl rayonu, Gəncə  və Sumqayıt şəhərlərində təşkil edilir.

 

Öncəki xəbərNövbəti xəbər