Sosial, ZZ-Manşet

İsmayıllıda sürüşmə baş verib

surusme-510x360Sürüşmə nəticəsində kəndə giriş yolu tamam bağlanıb
İsmayıllı rayonunda güclü sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama  Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov açıqlamasında deyib ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb.

GSR.fm  APA-ya istinadən xəbər verir ki, sürüşmənin eni 350-400, uzunluğu 500 metr olub. Sürüşmə nəticəsində kəndə giriş  yolu 8-10 metr qırılaraq aşağı düşüb.

Sürüşmə nəticəsində kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günə kimi həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur.

Dünən ETSN-in mütəxəssisləri tərəfindən yerində araşdırma aparılıb: “Dünən sürüşmə ərazisindən hətta piyadanın keçidi mümkün olmayıb. Sürüşmə sahəsi hazırda çox aktiv vəziyyətdədir. Belə ki, sürüşmə nəticəsində yolun altındakı yeraltı sular gölməçələr yaradıb. Bu da sürüşmə sahəsini anbaan aktivləşdirir”.

S. Əmiraslanov qeyd edib ki, sürüşmənin kənddəki fərdi tikililərə hər hansı təsiri yoxdur. Onun sözlərinə görə, hazırda sürüşmə sahəsinə hər hansı müdaxilə mümkün deyil: “Sadəcə, kənd ərazisinə daxil olmaq üçün alternativ yolları nəzərdən keçirmək lazımdır. Çünki kəndə girmək üçün alternativ yol olmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ərazisi aktivdir və hər an genişlənir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.