Siyasət, ZZ-Manşet

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb

qezzaİsrail ordusu Qəzza zolağında “Müdafiə səddi” əməliyyatının növbəti mərhələsinə keçib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bunu İsrail müdafiə ordusunun mətbuat xidməti bəyan edib.

Məlumata görə, qoşunların yeridilməsindən öncə Qəzza zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb.

“Əməliyyatın yeni mərhələsi “Həmas”ın 10 gün ərzində İsraili raket atəşinə tutması və vəziyyətin nizamlanmasına dair təkliflərin rədd edilməsindən sonra başlanılıb”, İsrail müdafiə ordusunun mətbuat xidməti qeyd edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.