Sosial, ZZ-Manşet

İsti hava şəraiti davam edəcək

isti-hava-570x360

Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının I ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: “İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.

G. Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: “Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.