İqtisadiyyat, ZZ-Manşet

İsveç tullantılardan enerji alır

isvecre seherİsveçdə zibildən əldə edilən enerji ilə 1 milyona yaxın evin isidilməsi təmin edilər. Eyni zamanda, 300 min evin elektrik enerjisinə olan ehtiyacı ödənilir. 

GSR.fm Marja-ya istinadən xəbər verir ki, İsveç məişət tullantılarının müasir üsullarla işlənməsi yolu ilə əldə etdiyi bio-qazı həm istilik, həm də elektrik enerjisi istehsal etmək üçün istifadə edir. Əhalisi 10 milyona yaxın olan ölkədə, evlərdən çıxan zibillərin 99%-i bio-qaz və elektrik enerjisi istehsalı üçün istifadə edilir. Qalan 1%-lik qisimi isə kənd təsərrüfatı  gübrəsi  məqsədi ilə qiymətləndirilir. İsveç  bio-qaz istehsalına görə dünyada ilk dörd ölkə arasındadır.

İsveçdə məişət tullantıları ilk növbədə çeşidlənir. Misal üçün plastik, şüşə və metal ayrıldıqdan sonra, yerdə  orqanik tullantı adlandırılan  sulu zibil qalır. Bu sulu tullantının yandırılması yolu ilə enerji əldə edilməsi çətindir. Ancaq daha səmərəli bir üsul olan havasız şəraitdə bakteriyaların bəslənilməsinə imkan yaradılaraq bio-qaz əldə edilir.

İsveç, öz zibil ehtiyatlarının bitməsi vəziyyətində qonşu ölkələrdən, hətta İngiltərə, İtaliya, İrlandiya və Balkan ölkələrindən zibil alır. İsveç, 2013-cü ildə 25,5 gigawatt alternativ enerji istehsal həcminə çatıb və bu həcm 2014-cü il üçün 26,6 gigawatt olaraq təxmin edilir. Ölkədə, 2013-cü ildə alternativ və bərpa olunan enerji istehsalına  1 milyard dollar sərmayə yatırılmışdır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.