Maraqlı, ZZ-Manşet

İsveçrə dizaynerləri qızıldan eynək hazırlayıblar

_art de fleursİsveçrənin “Silhouette” şirkəti modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb.

GSR.fm AzərTAc-a istinadən xəbər verir ki, bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl, habelə qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır. “Titanium meet`s Gold” kişi eynəyinin qızıl tağları əllə cilalanıb. “Art de Fleurs” qadın eynəyi 72 brilyant və yaqutla bəzədilib. Yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Bu ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.