Siyasət, ZZ-Manşet

İtaliya prezidenti Corco Napolitanonun ifadəsi alınıb

napolitanoİtaliya prezidenti Corco Napolitano “Dövlət və mafiya arasında sövdələşmə” işi üzrə şahid kimi iki saat ifadə verib. Ölkə tarixində ilk dəfə müşahidə olunan bu proses prezidentin Roma iqamətgahında, bağlı qapılar arxasında aparılıb.

GSR.fm AzərTAc-a istinadla xəbər verir ki, Palermo məhkəməsi tərəfindən Corco Napolitanonun ifadəsinin alınması İtaliya ədalət sistemində təkcə dövlət başçısının dindirilməsinə görə deyil, eyni zamanda, prosesin xüsusiyyəti və ağır cinayətlərin araşdırılması baxımından görünməmiş hadisədir.
Telekanalın məlumatına görə, 89 yaşlı Napolitano əsas müttəhimlər arasında “koza nostra” mafiyasının başçılarının və dövlət məmurlarının da olduğu işi araşdıran Palermo prokurorlarının 20 sualına cavab verməli olub.
İş üzrə şübhəli şəxslərdən biri 90-cı illərdə daxili işlər naziri vəzifəsində çalışmış və iki il bundan qabaq vəfat etmiş Nikola Mançinodur. İstintaq onun Napolitano ilə telefon danışıqlarının səs yazısını əldə edib düşüb. İndi hakimlər Napolitanonun vaxtilə bu barədə hansı məlumatlara malik olduğunu araşdırırlar.
Xatırladaq ki, o vaxt İtaliyada çoxsaylı terror aktları baş vermiş, məşhur hakimlər Covani Falkone və Paolo Borsellino qətlə yetirilmişdi. Eyni zamanda, həbsxanalardan 300-dən çox mafiya üzvü azad edilmiş, bir çoxunun isə saxlanma şəraiti yüngülləşdirilmişdi.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.