Sosial, ZZ-Manşet

İtaliyada zəlzələdə ölənlərin sayı artır

italiyaİtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloana Postilione açıqlama verib.

Onun sözlərinə görə, Marke, Abrutso və Latsio vilayətlərindəki xəstəxanalarda 378 nəfər müalicə alır. Ölənlərin sayı artır, xilasedicilər dağıntılar altında qalmış meyitləri çıxarmağa davam edirlər.

Qeyd edək ki, avqustun 24-ü gecəsi İtaliyanın mərkəzində 6 baş gücündə zəlzələ baş verib. Xüsusilə Latsio, Umbrii və Marke vilayətlərinə dağıntılar qeydə alınıb. Zəlzələdən ən çox xəsarət alan Amatriçe şəhəri olub. Şəhərin yarısı dağılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.