İdman, Xəbərlər, ZZ-Manşet

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı seminar keçiriləcək

15007715_1133664073383736_178955912_o

Dekabrın 8-də IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Bakıda “Chef de Mission” seminarı öz işinə başlayacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbirə 50 ölkədən 71 iştirakçı qatılacaq.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, 2 gün davam edəcək seminara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Saeed Abdulghaffar Hussein və ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd İslamiadaya qatılacaq ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə   hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdı. Seminar çərçivəsində Əməliyyat Komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.

Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq.

Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. İdman arenalarına baxış tədbirin önəmli hissəsidi və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər.

Öncəki xəbərNövbəti xəbər