İqtisadiyyat, ZZ-Manşet

İyulda Ceyhandan 2,6 milyon ton neft bazara çıxarılıb

Neft_2-570x3402014-cü ilin iyul ayı ərzində 2 milyon 647 min 222 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, bu həcmin 1 milyon 653 min 451 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 milyon 929 min 749 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il avqust ayının 1-ə qədər Ceyhan limanından 250 milyon 73 min 663 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.