İqtisadiyyat, ZZ-Manşet

“Jaguar” ən ucuz avtomobilini təqdim edib

jaguar-XE-1“Jaguar” bu günə qədər istehsal etdiyi ən ucuz  avtomobilini təqdim edib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, avtomobil istehsalçısı Jaguar bu ana qədərki ən ucuz avtomobili olan XE seriyasını təqdim edib.  XE seriyası ilə qadın sürücülər və gənclər hədəflənir.  XE idman sedan modelinin İngiltərədə 27 min sterlinqdən, yəni təxminən 34 min manatdan satılması planlaşdırılır.

Yeni Yaquar XE-nin, BMW 3-cü seriyaya, Audi A4 və Mercedes-Benz C sinifinə rəqib olması hədəflənir. XE seriyası 2015-ci ildə satışa təqdim ediləcək.

XE modeli, 3.0 litrlik V6 mühərriklə təchiz edilir. 340 at gücündə olan avtomobil səkkiz pilləli avtomatik sürət qutusuna malikdir. XE,  0-dan 100 km/saata yalnız 4,9 saniyə ərzində sürətlənir. Avtomobilin məhdudlaşdırılmış maksimum sürəti 249 km/saaat-dır.

Qeyd edək ki, 2008-ci ildə Jaguar Hindistanın avtomobil istehsalçısı Tata Group tərəfindən satın alınmışdır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.