Aktual

“Kəbin üçün rəsmi nikah vacibdir”

Erkən yaşda ailə quran Aytac Mürsəlova deyir ki, ən böyük arzusu universitetdə oxuyub, həkim olmaq idi. Lakin o, uşaqlıq həvəsinin onu yolundan döndərdiyini bildirir. Aytacın sözlərinə görə, toy edəndə sadəcə kəbin olub, 17 yaşı tamam olandan sonra ailəsinin təkidi ilə rəsmi nikah bağlanıb. Toydan altı ay sonra ailədə narazılıqlar başlayıb. Uşaq olandan sonra isə bu narazılıq dava-dalaşa və ailədaxili şiddətə çevrilib. Nəticədə ayrılmaq qərarına gəldiklərini qeyd edir. Aytac deyir ki, rəsmi nikah bağlayanda artıq yoldaşı ilə narazılığı var idi. Boşananda da aliment vermək istəməsə də, məhkəmə yolu ilə buna məcbur olub.

Millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda nikah yaşı 18 yaş müəyyənləşdirildiyini bildirir, o qeyd edir ki, Qafqaz Müsəlmanlar İdarəsinin təlimatı var, cütlüklərin rəsmi nikah şəhadətnaməsi yoxdursa, onların kəbin kəsdirə bilməz. Bununla yanaşı Millət vəkili bölgələrdə bağlanan erkən nikahlara da münasibətini bildirir.

Hadı Rəcəbli:

–     İndi kəndlərimizdə istəyən adam kəbinsiz yığır qohumlarını toy edir. Heç onların nə nikahı olur nə bir şeyi olur. Burda nə olmalıdır ictimai qınaq, ictimai rəy, cəmiyyətin iştirakı, bələdiyyələr, icra nümayəndəsi, biləndəki bu qızın 18 yaxşı yoxdur biləndəki bu qıza niyə toy edirsən. Bax bu məsələlər bizdə pisdir.

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, İslam dinində qızların həddi-buluğ yaşı 9 yaş olaraq qəbul edilir. Bununla yanaşı dövr dəyişdiyinə görə, alimlər evlilik yaşını təkcə bioloji yetkinliklə yox, həm də əqli yetkinliklə əlaqələndirirlər, yəni insanın sırf fiziki baxımdan həddi buluğa çatması ona əsas vermir ki, o ailə qura bilsin. İlahiyyatçı qey edir ki, dində evlilik yaşı konkret olaraq müəyyənləşməyib, yəni dünya təcrübəsində evlilik yaşı neçə qəbul olunubsa, din də bununla razılaşır. Qafqaz Müsəlmanlar İdarəsinin təlimatından sonra erkən yaşda evlənmək istəyənlərə kəbin kəsilmir.

Hacı Şahin Həsənli:

–    Əsasən nikah haqqında şəhadətnamə istəyirik ona baxırıq, sonra kəbini kəsirik. Qafqaz müsəlmanlar idarəsinin belə bir göstərişi var ki, nikah haqqında şəhadətnamə olmadan kəbin oxunmasın. Kimsə azyaşlı uşaqlara kəbin kəsirsə insanlar yaxşı olar ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinə xəbər etsinlər etirazlarını bildirsinlər.

İlahiyyatçı bəzi müsəlman ölkələrində qızların çox erkən yaşda evlənməsinə icazə verilməsinə də münasibətini bildirir.

Hacı Şahin Həsənli:

–    Din özü erkən nikahı qadağan etmir, amma bu demək deyil ki, din buna təşviq edir insanları və yaxud ona müsbət bir şey kimi yanaşır. İslam dinində qızların həddi-buluğ yaşı 9 yaş olaraq müəyyən edilir, amma bu demək deyil ki, qız 9 yaşında ailə qurmalıdır. Din alimlərinin kitablarında da dəyişikliklər var ki,  evlilik yaşının yuxarı qaldırılmasını din alimləri özləri tövsiyyə edirlər. Çünki dini hökümlərin bəziləri dəyişkən bəziləri isə sabitdir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri üzrə şöbəsinin əməkdaşı Pərviz Əliyev bildirir ki, erkən nikahlarla bağlı mütəmadi araşdırmalar aparılır. UNİCEF-in dəstəyi ilə 2009, 2010 və 2011-ci illər üzrə erkən nikahların vəziyyəti ölkə üzrə təhlil edilib və respublikanın cənub zonası üzrə pilot xarakterli iki illik tədbirlər planı hazırlanıb. Pərviz Əliyev bildirir ki, həmin tədbirlər planının icrası uğurla həyata keçirilsə və yaxşı nəticələr əldə olunsa, bütün ölkədə həyata keçiriləcək.

Pərviz Əliyev:

Masallı, Lənkəra, Astara və Lerik, hər rayonda təxminən 16 kənddir. Kəndlərin hər birində nəzarət qrupları yaradılır, din xadimləri maarifləndirilir, həmin din xadimləri sonra da həmin kəndlərdə yerli əhali ilə söhbətlər aparılır. 

Komitə əməkdaşı onu da qeyd edir ki, bu cür problemlərin həllində ən effektiv yol insanları maarifləndirməkdir. O, əhalinin düşüncəsini və davranışını dəyişməklə bu məsələnin həll olunması istiqamətində müəyyən nailiyyətlərin əldə oluna biləcəyini vurğulayır.

Qeyd edək ki, 2011-ci ilin statistikasına görə, Azərbaycanda il ərzində 88145 nikah və 10747 boşanma olub. Bu nikahlardan 5138-i 18 yaşına çatmamış qadınlardır.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Ou Puis Je Acheter Du Kamagra Cialis Funziona Depressione Nolvadex Par Zeneca [url=http://zgdkdz.com]buy viagra[/url] Costo Cialis Originale Amox Amoxicillin Propecia Cost Cvs Pharmacy Locations

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.