Xəbəriniz olsun, Xəbərlər

Kabus dolu 10 mistik qəsr

Orta əsr qəsrləri kimi maraqlı və cəlbedici nə ola bilər? Xüsusilə də kabus dolu qəsrlər! Kabuslara inanmırsınız? Ola bilsin ki, bu qəsrlərə səfər sizin fikirlərinizi dəyişə bilər.

1.İngiltərədə Varvik Qəsri.
1.İngiltərədə Varvik Qəsri.

XI əsrdə Fateh Villiam tərəfindən inşa edilən bu qəsr Avropada ən çox döyüşlər, zorakılıqlar görmüş tikilidir. Bu qəsr Cənab Fulk Qrevilin “ruh evi”dir. O 1628-ci ildə öz qulluqçusu tərəfindən öldürülüb. Və hər gün qalanın divarından asılmış portretindən çıxaraq peyda olur. Qəsrdə yerləşən zindan da ruhların məskəni sayılır. Qəsrin paslanmış qəfəslərinə, işgəncə cihazlarına toxunanlar ürəkbulanma və zəiflikdən şikayət edirlər.

2.Sloveniyada Predjama Qəsri
2.Sloveniyada Predjama Qəsri

Bir mağaranın içində inşa edilən Predjama qəsri çoxsaylı hücumların qarşısını ala bilən güclü qala idi. Lakin XIV-XV əsrlərdə uzun sürən mühasirələr və zəlzələlər nəticəsində məhv oldu. 1567-ci ildən qəsr bərpa olundu. Bu dəfə isə qəsrdə çoxlu sayda gizli keçidlər və tunellər inşa olundu. İndiyə kimi qəsrin divarları arxasında ölən əsgərlərin ruhları bu yeri tərk etmir. Zindanlardan və tunellərdən çox aydın şəkildə danışıqlar və ayaq səsləri eşidilməkdədir.

3.Danimarkada Dragskholm Qəsri
3.Danimarkada Dragskholm Qəsri

XII əsrin sonlarında inşa edilən bu qəsr hazırda dəbdəbəli otel kimi fəaliyyət göstərir. Onu məşhur edən hər gecə dəhlizlərində gəzən ruhlardır. Bəs bu “sakinlər” necə oldu burada məskunlaşdı? Bu qəsri məşhur edən bu üçlükdür: Boz Xanım, Ağ Xanım və qraf Botvell. Ən kədərli hekayə bir kəndliyə aşiq olan Ağ Xanıma məxsusdur. Onun atası bu məhəbbətdən xəbər tutan kimi onu otaqlardan birinin divarına hörmüşdü ki, bir də heç vaxt onu xatırlamasın. 30-cu illərdə qəsri bərpa edən işçilər həqiqətən də divarda ağ geyimli gənc bir qadının skeletini aşkarladılar. Boz qadın isə qəsrdə xidmətçi idi. Ölümündən sonra da öz iş yerini tərk edə bilmədi. Ona görə də hərdən əşyaları yoxlamaq üçün qayıdır. Qraf Botvellə gəldikdə isə o da zindana həbs olunmuşdu və indiyə kimi də onun ruhu qəsrin divarlarından kənara çıxa bilmir.

4.İrlandiyada Lip Qəsri
4.İrlandiyada Lip Qəsri

Bu yerdə qəsr hələ dəmir dövründə inşa edilib. Ona görə də qəsrin xeyli vaxtı olub ki, ruhlarla dolu ola bilsin. Qəsrin ən məşhur hekayəsi ibadətgahla bağlıdır. 1532-ci ildə buradakı keşişi əsgər qardaşı qılıncla öldürüb. İndi də keşişin ruhu “Qanlı ibadətgah” adı almış bu yerdə dolaşmaqdadır. Digər qorxulu bir ruh var ki, onu heç cürə insana oxşatmaq olmur. Onun bədənini qoyuna, üzünü isə insana oxşadırlar. Gözlərinin yerində isə qara yuvalardır. Onun peyda olmasını ona xarakterik olan çürük qoxu ilə hiss edirlər. Eyni zamanda zindan da dəhşətli hekayələrlə məşhurdur. Əgər onlardan birinə inansaq, zindanın altında xüsusi qapı ilə örtülmüş mağara var. Məhbusları bu mağaranın yerinə düzülmüş metal qırıntıların üstünə atırdılar.

5.Çexiyada Houska Qəsri
5.Çexiyada Houska Qəsri

Şimali Praqa meşələrində heç vaxt hücumlara məruz qalmayan, çox da adi olmayan bir qəsr var. Qəsr içərisində nəsə gizlətmək üçün inşa edilib. Rəvayətə görə, bu yerdən keçid düz cəhənnəmə aparır. Həmin cəhənnəmdən yarı insana, yarı qorxunca bənzər bir məxluq azadlığa çıxıb. XIII əsrdə yerli hakimiyyət o biri dünyadan gələnlərin qarşısını almaq üçün burada qəsr inşa etməyi qərara alır. Əvvəlcə onlar bir əsgəri iplə quyuya endirirlər. Əsgər ağlamağa başlayır və onu çıxardırlar. Bir neçə gün sonra isə əsgər ölür. 1930-cu ildə qəsr Hitlerin diqqətini cəlb etdi. Nasistlər qəsri öz gizli eksperimentləri üçün istifadə etməyə başladılar. Edam olunanların altında bir neçə nasist əsgərlərin də cəsədi aşkar olunub. Deyilənə görə, qəsrdə mövcud olmayan canlıların da skeletləri tapılıb. Ancaq açıq-aşkar məlumdur ki, qəsrdə dəfələrlə başsız qara atlar və pəncərədə dolaşan qadınlar görüblər.

6.Avstriyada Muşta Qəsri
6.Avstriyada Muşta Qəsri

Muşta qəsri Avstriya memarlığının ən gözəl nümunəsidir. XII əsrdə inşa edilib və cadugərlər qəsri kimi tanınır. Bu yerdə cadugərlərə qarşı tarixin ən qanlı məhkəməsi keçirilib. 1675-1687- ci illərdə minlərlə qadına cadugər damğası vurulub və inkvizisiya tərəfindən ölüm cəzasınə məhkum olunub. Onlar qəsrin divarları arxasında işgəncələrə məruz qalırdılar və başları kəsilirdi. Onların əksəriyyəti qəsrə gəlməyə davam edirlər, ancaq ruh kimi. Qəsr edamla yanaşı onlara yuva rolunu da oynayır.

7.Fransada de Brikko Qəsri
7.Fransada de Brikko Qəsri

Bu qəsr Fransanın ən hündür qəsridir. Onun 7 mərtəbəsi mənzərəli Luara vadisinin ürəyində yerləşir və ruhlar məkanı kimi dünyada ən çox ziyarət edilən yer sayılır. XI əsrdə malikanənin sahibi Pyer de Brezze idi. Onun həyat yoldaşı Şarlotta sadə bir insanla eşq macərası yaşayırdı və ərinin otağından bir divar aralıdakı otaqda onunla rahatlıq və təsəlli tapırdı. Brezzi isə yatmırdı və hər gecə onların ehtiraslı iniltilərinə qulaq asırdı. Ancaq bir gün iki sevgili müəammalı şəkildə yoxa çıxdı. Çox güman ki, Brezzinin bu işdə əli var idi. Ancaq nə olursa, olsun Brezzi bu iki sevgilini məhv edə bilmədi. Qaranlıq gecələrdə o hələ də onların iniltilərini eşidirdi. Bunun nəticəsində Brezzi dəli oldu və qəsrdən qaçdı. Onların ehtiraslı səslərini isə bu gün də eşitmək mümkündür.

8.Şotlandiyada Edinburq Qəsri
8.Şotlandiyada Edinburq Qəsri

XII əsrdə inşa edilən Edinburq qəsri elə bir yerdir ki, ateistlər bura addım atan kimi imanlı olurlar. Sönmüş vulkanın yerində tikilən bu qəsr Şotlandiyanın rəmzi hesab edilir. Bəzi səbəblərə görə, bura paranormal yer sayılır. Çünki oranı ziyarət edənlərin gözünə ruhlar görünür. Belə ki, Xanım Qlemis tez-tez qəsrin qaranlıq zallarında kiminsə gəzdiyini gördüyünü deyirdi. Və buna görə də onu cadugərlikdə ittiham edib 1537-ci ildə tonqalda yandırdılar. 1650-ci ildən qəsrdə başsız təbilçi oğlanın ruhu görünməyə başladı. Həmçinin zurnaçı, dəri önlüklü bir qoca və qəbirstanlığın yanında qaçan it ruhu da görürlər. Hətta qəsrin tunellərindən Yeddi illik müharibə zamanı həbs olunmuş fransız məhbusların səsləri də eşidilir.

9.İngiltərədə Çillingem Qəsri
9.İngiltərədə Çillingem Qəsri

Adının mənası buz olduğu kimi, elə məkanı da soyuqdur. Bu qəsr yalnız öldürmək üçün xidmət edirdi. Con Seyc 3 il buradakı işgəncə otağında cəllad kimi işləyib. Deyilənə görə, o həftədə 50 nəfərə yaxın adama işgəncələr verirdi. Bu gün də gecələr Conun necə adamları daşıdığını eşitmək mümkündür. Digər məşhur ruh çəhrayı otağı izləyən Mavi oğlandır. Bu ruhun tarixində parlaq rənglər dayanır. Bura gələn qonaqlar əminliklə deyirdilər ki, kiminsə möhkəm ağladığını eşidirlər və ondan sonra yataqlarının üzərində göy işıqların parıldadığının şahidi olurlar. Qəsrin bərpa işləri zamanı qəsrdən 10 metr aralıda mumyalanmış oğlan və kişi cəsədi aşkar olunandan sonra ruhlar yoxa çıxdı.

10.İngiltərədə Berri Pomeroy Qəsri
10.İngiltərədə Berri Pomeroy Qəsri

Bu qəsrin yaxınlığında gəzənlər Mavi Xanımla rastlaşırdılar. Bu xanım onları cəlb edib qalaya gətirirdi və burada onlar ölürdülər. Bu ruh öz atası tərəfindən zorlanmış Norman Lordunun qızına məxsusdur. Bəziləri deyir ki, atası onu boğub, bəziləri isə bu cinayəti qızın öz adına çıxarırlar. Mavi Xanım o qəsrdə dolaşan tək ruh deyil. Orada dolaşan Ağ Xanım Marqaret Pomeroyun ruhu hesab edilir. Onu öz qısqanc bacısı Elyanora bağlı qapı arxasında ac saxlayaraq ölümə aparıb. Hər iki bacı bir kişiyə vurulmuşdu. XIX əsrdə bu qəsr romantik bir yer hesab edilirdi. Bir çox rəssamlar və həvəskarlar tez-tez buranı ziyarət edirdi. Hətta deyilənə görə, onlardan birinə Ağ Xanımın şəklini çəkmək nəsib olub.

Hazırladı: Rəna Hüseynova
Mənbə: wowfacts.net

Öncəki xəbərNövbəti xəbər