GSR TV, Reportaj, ZZ-Manşet

“Kamil bir papaqçı …”

Qədim zamanlardan bəri Azərbaycanda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurur. Keçmişdə papağı itirmək böyük rüsvayçılıq hesab edilib.

İndi də Azərbaycanda papaqçılıq sənəti yaşamaqdadır. Biz də GSR.fm olaraq papaqçılığa və papağa olan marağı araşdırmaq üçün papaqçılıq sexlərindən birinə yollandıq. 55 ildir papaqçılıqla məşğul olan Kamil usta istənilən sənəti daim öyrənmək lazım olduğunu deyir:

“Mədəniyyəti pozmaq olmaz. Qabaq böyük sexlər var idi. Orada 5-10 nəfər ustalar işləyərdi. Biz şagirdlər də baxıb öyrənirdik. Sənətə ölən günəcən baxarlar,  öyrənərlər”.

Kamil usta hətta bəzi filmlərin qəhrəmanlarına da papaq tikib. Usta, “O olmasın, bu olsun” filmindən də sitat gətirərək papağın qoyulma qaydasını şərh edir:

“ “Arşın mal alan”da Süleymanın papağını, Qaçaq Nəbinin papağını mən tikmişəm. Məşədi İbadda, görürsən, belə qoyur papağı ki, belə qoysam Bakı lotusuna oxşayaram, belə qoysam Gəncə qumarbazları. Bunu elə belə demir, dəqiq deyir. Amma, papağın böyük hörməti var. Başında papaq olan yaşlı adama o saat durub yer verirlər”.

Bizə papağın tikilmə qaydasından danışan müsahibimiz qeyd edir ki, hazırladığı papaqlar milli bayramlarda da nümayiş olunub. Hətta tikdiyi papağa görə birincilik də qazanıb:

“Bunlar hamısı maşınla tikilib sırınıb. Hazır olandan sonra dövrəsi, içəri tərəfi əllə tikilir. Astar hazır olur, keçirilir içinə, tikib qoyursan qəlibə. Papağı tikəndə, xüsusilə, karakul baxasan ki, gülü gülünə oxşasın. Bax bu, Bakı formasıdır. Bir də var “stalinka”, Stalin belə geyinib”.

Sifarişçilərindən bəhs edən usta bildirir ki,  xarici tursitlər də milli papaqlara maraq göstərirlər.:

“ Turistlər gəlib o qədər papaq alıblar, kepka alıblar. Xüsusilə Bakı stilində papaq alırlar. “Aeraport” deyirlər.”

Kamil dayı, hazırda papaqlara olan tələbatdan danışır. Deyir ki, artıq əvvəlki kimi maraq qalmayıb:

“İndi tələbat yoxdur, çox pisdir. İndi çox azdır, heç sənətkar da qalmayıb, hamısı çıxıb gedib. Papaqçılıq sənəti güclü sənət kimi 15 il bundan qabaq olub. İndi yoxdur, it-bat olub. Gənclər sənətə getmir. Gərək yaxşı sənətə gedəsən ki, çörək çıxsın”.

Hazırladı:

Nigar Məhərrəmova

Duyğu Qasımlı

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.