İctimai Fikir, ZZ-Manşet

Kamil Zeynallı: “Mən dörd il son zəng yaşamışam”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

Məktəb illərinin son, müstəqil həyatın isə ilk günü kimi qeyd olunan “Son zəng” hər kəsin yaddaşında müxtəlif xatirələrlə qalır. Bəs məşhurların unutmadığı  “Son zəng” xatirəsi hansı olub?

Afaq Bəşirqızı: O uşaqların arasında ancaq belə bir arzu var idi ki, bulvarda gəzmək, günəşin çıxmağını görmək və sonra evə qayıtmaq. Amma mənə icazə vermədilər deyə mən son zəng keçirtməmişəm.

Fərda Xudaverdiyev: Mənim bir dənə son zəngim olub onda da müəllimlər hamı ilə görüşdülər, mənimlə görüşmədilər. Hamının əlini tutdular ki, gün o gün olsun səsin ali məktəblərdən gəlsin, ordan gəlsin, burdan gəlsin. Mən də əlimi uzatdım əlimi tutanda  dedilər ki, şükür Allaha məktəb səndən qurtardı. sSn məktəbi qurtarmadın  ha, məktəb səndən  qurtardı.

Elza Seyidcahan: Unutmadığım birinci sinif son zəng xatirəsidir ki, biz məktəbi bitirənlərə gül verməliydik. Onlar da bizə hədiyyə verməli idilər. Gülü əlimdə tutmuşdum ki, baxım görüm kimin əlində yekə hədiyəsi var qaçım ona gülü verim, o da mənə hədiyyəni versin. Qaçdım apardım gülü onuncu sinif şagirdlərinə. O da hədiyyəsini mənə verəndə açdım hədiyyənin içindən konstuktur çıxdı. Çox sevinmişdim. Həddsiz çox.

Babək Niftəliyev: Türk mahnısı oxumuşdum İbrahimTatlısəsdən.

Zülfiyyə Xanbabayeva: Yaddımdadır ki, səhər açılmışdır. Səhər yeddinin yarısında artıq biz dağılışmışdıq evlərimizə.

Elməddin Cəfərov: Ağ köynəyim var idi. Adətən sinif yoldaşları qol çəkir axı. Mənə o vaxtı park da kim var idisə, hamısı qol çəkmişdi. Ağ köynəkdən bir şey qalmamışdı.

Aygün Səmədzadə: Mən  bütün hər şeyi,  fikirlərimi “Məktəb illəri” mahnısında demişəm.

Kamil Zeynallı: Mən dörd il son zəng yaşamışam. Dörd il sinifdə qalmışam. Həmişə sinif yoldaşlarımı dostlarımı yola salmışam. Belə baxmışam ki, yenə də sinifdə qaldım.

Öncəki xəbərNövbəti xəbər