“Kayserispor”un azərbaycanlı qapıçısı Kamran Ağayev Türkiyə birinci liqasının 26-cı turunda “Giresunspor”a qarşı matçda penaltini qaytarıb.
GSR.fm-in Qol.az-a istinadən verdiyi xəbərə görə, sözügedən qarşılaşma “Kayserispor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Kayserispor” turnir cədvəlində 56 xalla birinci pillədədir.
https://www.youtube.com/watch?v=tAcqne2MzN8