İqtisadiyyat, ZZ-Manşet

Kanada ticarət missiyası Azərbaycanda səfərdə olub

kanada1-570x360Kanada şirkətlərinin nümayəndələrindən ibarət ticarət missiyası Azərbaycanda səfərdə olub.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Kanada-Avrasiya-Rusiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində iki ölkə şirkətləri nümayəndələrinin görüşü olub. Həmçinin bir sıra qurumların təmsilçiləri ilə görüşlər keçirilib.

Ticarət missiyasında Kanadanın neft-qaz, təbii ehtiyatlar, mühəndislik, inşaat, İT, mühərrik istehsalı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən CAE, «Opsens», «Geoptics», «Ezeflow», «Knowledge Exchange International Centre», «SAGE Energy», «SNC-Lavalin», «Sprung Instant Structures», «Technology Links», «Sparrow Electronics», «Canpetrus» və «Golder» şirkətləri təmsil olunub.

Kanada ticarət missiyası Bakıdan Qazaxıstanın Almatı şəhərinə yola düşəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.