boş bölmə, Müsahibə, Sosial, ZZ-Manşet

“Karpal-tünel sindromunda fizioterapiya lazımdır”

karpalTibbdə bəzi sindromlar var ki, insanlar tərəfindən xəstəlik kimi qəbul olunmur, yaxud xəstəlik kimi tanınmır. Bunlardan biri karpal-tünel sindromudur (KTS).

Bu barədə GSR.fm-ə müsahibə verən Azərbaycan Elmi Təqdiqat Travmatologiya və Ortopediya İnstitunun Əl Cərrahiyəsi şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru Fikrət Qafarov bildirib ki, karpal-tünel sindromu əl və barmaqların keyiməsidir:

“İnsanların bilək nahiyəsində olan bağdan vətərlər və sinirlər keçir. Əgər onlar sıxılırsa, əldə və barmaqlarda keyimə əmələ gəlir. Barmaqlar bir az ağır işləyir. Bu sindrom ən çox əl ilə işləyən insanlarda müşahidə olunur. Eyni zamanda soyuqlama, ağır fiziki iş görmək və yaxud travma nəticəsində də baş verə bilər. Karpal kanal bağı iltihablaşdığına və qalınlaşdığına görə vətərlər və sinirlər sıxılır. Belə sindromlu insanlar sakit vəziyyətdə qalmalı, bir müddət heç bir fiziki işlə məşğul olmamalıdır. Həmçinin bir qədər qalınlaşmış və ya soyuqlamış bağın yumşalması üçün həmin insanlar fizioterapiya müalicəsi almalı, uyğun dərmanlardan istifadə etməlidirlər”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.