Cəmiyyət

Kasıbların “rus bazarı”

[zoomsounds_player source="http://gsr.fm/wp-content/uploads/2013/05/material-rus-bazari_semra.mp3" config="gsr" playerid="" waveformbg="" waveformprog="" thumb="" autoplay="off" cue="on" enable_likes="off" enable_views="off" enable_rates="off" playfrom=""]

Bura səs-küylü, qarmaqarışıq, ikinci dünya müharibəsindən sonrakı illərdən bəhs edən filmləri xatırladan bir yerdir. Sabunçu qəsəbəsində yerləşən bu məkan rus bazarı adlanır. Bəzən isə “cındır bazarı” yaxud da “bit bazarı”… Və bu bazarın başqalarından fərqi odur ki, burada hər şey tapmaq olar, istənilən qiymətdə, istənilən çeşiddə.

Antik əşyaları rus bazarında asanlıqla tapmaq olar

Metronun “Koroğlu” stansiyasından çıxıb 204 nömrəli marşurut avtobusuna minirik və sürücüdən “rus bazarı”na çatanda saxlamasını xaiş edirik. Təxminən yarım saatdan sonra avtobus Sabunçu vağzalının yanında dayanır və sürücü bazara çatdığımızı deyir. Dağınıq vəziyyətdə düzülmüş əşyaların arasıyla bazarı gəzməyə başlayırıq. Maraqlısı odur ki, burada satılan hər şey ikinci əldir, meyvə-tərəvəz, quş və ev heyvanları, həmçinin müxtəlif ağac və gül kollarınnı çıxmaq şərti ilə. Köhnə paltar və ayaqqabılar, ev əşyaları, musiqi diskləri, kitablar, fotoaparatlar və  müxtəlif əşyaların hissələri pərakəndə şəkildə yerə düzülüb. Satıcı və alıcılar isə əsasən orta yaşlı və yaşlı insnalardır. Rus bazarı şənbə və bazar günləri səhər saat 9-dan günorta saat 2-yə qədər açıq olur, həftəiçi işləmir. Bəs niyə “rus bazarı”, bu adın bazarın tarixiylə bağlılığı nədir? Satıcı və alıcıların dediyiniə görə bazar 30-40 ildir ki, mövcuddur, əsası ruslar tərəfindən qoyulub, elə ona görə də “rus bazarı” adlanır.

Ramil Kərimli:

Burada, keçmişdən, Azərbaycanda yaşayan ruslar var, onların maddi vəziyyəti yaxşı olmadığından, qazandı, samavardı ucuz qiymətə, 20-30 manata gətirib satırlar, öz əşyalarıdır. Mən böyüklərimdən eşitdiyimə görə 30-40 ildi var. Əvvəl burada deyildi, sonradan köçdülər bura, bunları sıxışdırırlar yavaş-yavaş. Əvvəl bazarın o tərəfində idi, Sabunçu stansiyası tərəfdə idi.

Rus bazarının alıcılarından

İndi də satıcıların arasında ruslar var, amma əksəriyyəti azərbaycanlılardır. Satıcılardan birinə yaxınlaşırıq, adı Kolya dayıdır. Qarşısında köhnə pullar, maqnitafon, fotoaparat və digər əşyalar var. Deyir 3-4 ildir ki, burada alver edir, buradan alır, burada da satır, hər yaş qrupundan alıcıları var.

Kolya dayı:

Pul çatmırdı, pensiya az alırdım, ona görə başladım. Gəlirəm çörək pulu qazanıram. Buradan alıram burada da satıram. Ucuz alıb baha satıram.  Gün olur bir manat, gün olur 20 manat qazanıram. Bu gün 8 manat qazanmışam.

Amma heç də hamı, buradan alıb burada satmır, evinin əşyalarını satmaqla kifayətlənənlər də var.

Evimin əşyalarıdı, ehtiyacımdı gətirib satıram. Artıq şeylərdi də, işlətmədiyim. Qonşular verir satırıq, belə də.

Dadaş dayı iş yerini itirəndən sonra burada alverə başlayıb. Bir günə 20-30 manat qazandığını deyir.

Dadaş Həsənov:

Zavod ki, dağılıdı, iş yox bizim yaşda adamlar üçün, 60-55 yaş var, iş olmayandan sonra bəs neynəyək ölək acından, pensiya yox, bir şey yox. Gedirik küçələrə, ucuz qiymətə alırıq 10 qəpiyə, 20 qəpiyə, gətirib burada da 30-50 qəpiyə satırıq. Alanlar kasıb insanlardı. Bura kim gələr, kasıb insan gələr də. Görürsüz elə siz deyən fikir də verilmir bazara, ancaq yer pulu yığırlar da.

O, yerpulunun miqdarının yerə uyğun müəyyənləşdiyini deyir. Amma istənilən halda böyük miqdarda yerpulunun olmadığını bildirir. Deyir, məsələn elə yer var, bir metr üçün bir manat alırlar, kimin yeri böyükdür o daha çox pul ödəyir.

Heyratı xoruzunu 50 manata satırlar

Bazarı gəzməkdə davam edirik, quş və ev heyvanlarının satıldığı hissədəyik. Satıcılar alıcı səsləyir, satmaq istədikləri quşların özəlliyindən danışır, tərifləyirlər.

Satıcı:

 Bunu satıram 50 manata. Bunlar heyratıdır. Bunları saxlamaq çətindir, bunun vaxtında gərək dərmanını verəsən. Bunları özümüz saxlayırıq körpə vaxtından, böyüdürük, dərmanını veririk ki, xəstəlik olmasın. Bunun xüsusi həvəskarları var, hansı ki, döyüşdürürlər bunları, o döyüşdürənlər saxlayırlar. Bunu hər adam almır. 

Ramil Kərimli adlı alıcı isə artıq 10 ildi bu bazara gəldiyini deyir. Ramil “rus bazarı”nın kifayət qədər maraqlı yer olduğunu və bura gələndə həm də dincəldiyini bildirir.

Ramil Kərimli:

Mən gələndə oğlum da gəlir, dərslərini yaxşı oxuyur, milli marka getməkdənsə bura gəlməyi üstün tutur. Kasıbların bazarıdı da indiki zamanda. Bunalrı sıxışdırırlar yavaş-yavaş. Bunlar qəpik quruşa baxırlar, damcı- damcı yığırlar, yer pulu yığanlar gəlib kasayla aparırlar, incidirlər bunları. İki nəfərdilər mən tanıyıram onları elə vaxt olur ki, qoca arvadların əşyalarını vurub dağıdırlar.

Günorta saat ikinin yarısıdır. Satıcılar  yavaş-yavaş mallarını yığışdırırlar. İndi onlar evlərinə qayıdıb, hərəsi öz fərqli həyatına davam edəcək. “Rus bazarı” isə heç kimə fərq qoymur. Bir həftə sonra onları yenə də eyni yerdə eyni adla qarşılayacaq.

 

Öncəki xəbərNövbəti xəbər

42 şərh

  1. I believe this is among the so much vital info for me. And
    i’m happy reading your article. But should observation on few common issues, The
    website style is great, the articles is in point of fact nice :
    D. Excellent job, cheers

  2. Hi I am so excited I found your webpage, I really found you by mistake, while I was
    browsing on Askjeeve for something else, Anyhow I am here now and would just like to say thank you for a fantastic post and a all round
    exciting blog (I also love the theme/design), I don’t have time to browse it all at
    the minute but I have saved it and also added your RSS feeds, so when I have
    time I will be back to read more, Please do keep up the fantastic job.

  3. I have been surfing online greater than three hours
    today, yet I by no means discovered any attention-grabbing article like yours.
    It is lovely worth sufficient for me. In my view, if
    all web owners and bloggers made just right content as
    you did, the internet will be much more helpful than ever before.

  4. Have you ever considered about including a little bit more than just your articles?

    I mean, what you say is fundamental and everything.
    Nevertheless imagine if you added some great visuals or video clips to give your
    posts more, “pop”! Your content is excellent but with images and clips,
    this blog could definitely be one of the best in its field.
    Excellent blog!

  5. Amitripyline Online Meilleur Pharmacie En Ligne Propecia Viagra E Effetti Collaterali [url=http://cialibuy.com]Buy Cialis[/url] Kamagra 100mg Villeurbanne Online Drugstore Flagyl Pay By Money Order

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.