Azərbaycanda ilkin olaraq rəqəmsal televiziyaya tam keçidin həyata keçiriləcəyi yaşayış məntəqələrinin siyahısı hazırlanıb.
Bu barədə GSR.fm -ə Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov məlumat verib:
“Rəqəmsal televiziya yayımına tam keçid bu il ərzində həyata keçiriləcək. Keçid bütün Respublika üzrə həyata keçiriləcək. Rəqəmsal TV-yə keçid mərhələli olacaq. Analoqlu yayım öncə rəqəmsal TV siqnalların davamlılığını təmin etmək üçün ehtiyat ötürücülərin olduğu yayım ötürücələrində dəyandırılacaq. İlk növbədə Rəqəmsal televiziya yayımına tam keçid Bakıda həyata keçiriləcək. 2004- cü ildən Azərbaycan Respublikası reqəmsal yayıma keçib. Hal–hazırda da rəqəmsal yayım analoq yayımla paralel həyata keçirilir. Burada rəqəmsal yayıma tam keçid dedikdə yalnız analoq yayımın söndürülməsindən söhbət gedir ”.
1 şərh