İqtisadiyyat, ZZ-Manşet

“Kənd təsərrüfatı məhsullarının çatışmazlığı yoxdur”

bazar-570x360Azərbaycanda kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükünün artması ilə əlaqədar həmin məhsulların çatışmazlığı müşahidə olunmur. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, əksinə, ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu müşahidə olunur: “Kənd Təsərrüfatı Nazirliyi ölkənin regionlarında əlavə yarmarkaların yaradılması üçün şirkətlərlə danışıqlar aparır, çünki istehsal edilən məhsulları mövcud yarmarkalarda yerləşdirə bilmir”.

H.Əsədov əlavə edib ki, Azərbaycan və Rusiya birgə müəssisələrin yaradılması, logistik mərkəzlərin tikilməsi üzrə intensiv danışıqlar aparır, həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə icarə məsələsi müzakirə olunur: “Lakin hələ bu məsələlər üzrə yekun qərar qəbul olunmayıb”.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına gəlincə, nazir deyib ki, bu, əsasən mövsümi xarakter daşıyır: “Hazırda pomidor, lobya və kələmin qiymətlərində artım var”.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı istifadə olunan istehsalat vasitələri və gübrələrin qiymətləri hər il artır və onlar arasında qiymət bərabərsizliyinin olmaması üçün qiymət artımı qaçılmazdır: “İndiki halda kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarını və qiymət artımına təsir edən dünya iqtisadiyyatındakı tendensiyaları da nəzərə almaq lazımdır. Buna görə də daxili bazarda mövcud qiymət artımını məqbul hesab edirəm”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.