İqtisadiyyat, ZZ-Manşet

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

bazar-570x360May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0% ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,0% bahalaşıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə  görə, bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 0,7%, kartofun və baş soğanın 0,1%, lobya dəninin 3,1%, yoncanın istehsalçı qiymətləri 4,7% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,9%, kələmin 1,2%, göyərtilərin 1,4%, xiyarın 10,1%, baş sarımsağın 1,2%, göy soğanın 0,4%, quru otun istehsalçı qiymətləri isə 0,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 19,3% bahalaşıb, fındığın istehsalçı qiymətləri 4,9%, limonun istehsalçı qiymətləri 1,7% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,3%, südün istehsalçı qiymətləri 2,6% bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6%, camışın 2,6%, mal ətinin (diri çəkidə) 1,0%, diri ev quşlarının 3,7%, quş ətinin (diri çəkidə) 14,9%, yumurtanın 7,1%, təbii balın istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.