İqtisadiyyat, ZZ-Manşet

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə ediləcək

polsaPolşanın kənd təsərrüfatı və inkişaf naziri Marek Savitski noyabrın 3-4-də Azərbaycana səfər edəcək. Səfər zamanı nazir Azərbaycan tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

GSR.fm-inTrend -ə istinadən verdiyi xəbərə görə,səfirlikdən qeyd ediblər ki, Polşa nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı məhsulları sahəsinin istehsalçılarının nümayəndəlikləri, baytarlıq və fitosanitar müfəttişliklərinin rəhbərləri daxildirlər.

Bundan başqa, Savitski Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, ölkənin aqrar-sənaye sahəsinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Habelə Azərbaycan və Polşanın baytarlıq müfəttişliklərinin nümayəndələrinin əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etmələri planlaşdırılıb.

Son vaxtlar Polşa Azərbaycanda reallaşdırılan və Aİ-nin maliyyələşdirdiyi iki tvininq layihəsində iştirak edib. Birinci layihə kənd təsərrüfatı heyvanlarının Aİ-nin başqa ölkələrinə ixracı üçün onların eyniləşdirilməsi və qeydiyyatı sahəsində, ikinci isə Azərbaycanda kənd təsərrüfatı torpaqları və başqa torpaqlarda eroziya ilə mübarizə sahəsində həyata keçirilmişdi.

Kənd təsərrüfatı və qida sənayesi Polşa iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Təkcə 2013-cü ildə Polşa 20 milyard avrodan artıq məbləğdə kənd təsərrüfatı məhsulları ixrac edib. Ötən il Polşada ixracın ümumi həcmi 150 milyard avronu ötüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.