İçərişəhər, Kiçik qala küçəsi 13 ünvanında yerləşən Dördbucaqlı qalaya xalq arasında cəbbəxana ( silah anbarı) deyirlər. Bu qalanı həm də Donjon (“donjon” – fransız sözüdür, “müdafiə qalası” kimi tərcümə olunur) adlandırırlar. Dördbucaqlı qalanın inşa edilmə tarixi bəzi mənbələrdə XII, bəzilərində isə XIV-XV əsr göstərilir. 4 mərtəbədən ibarət olan qalanın hündürlüyü 18 m, divarlarının qalınlığı 2 metrdir. GSR.fm xəbər verir ki, künclərin birindən daxili otaqlara vintvari (burulan) pilləkan var.
Tarix elmləri doktoru, professor Kamil İbrahimovun sözlərinə görə, Dördbucaqlı qala haqqında Bədr Şirvaninin mədhiyyələrində məlumat verilib:
“Dördbucaqlı qala haqqında bir çox alim, memar və tarixçilər yazıb. Mən də İçərişəhərin, Bakının tədqiqatçısı kimi bir çox araşdırmalar aparmış, Sara xanımın ( Aşurbəylinin) kitabından çox maraqlı faktlar tapmışam. Şirvanşahlar sarayında yaşamış saray şairi Bədir Şirvaninin əsərlərində göstərilir ki, bir neçə abidə ilə yanaşı, Dördbucaqlı qala Şirvanşah I Xəlilullahın qardaşı Bakı hakimi Qəzənfər şahın dövründə inşa olunub”.
İçərişəhər sakini, rəssam Mir Teymur Məmmədov isə tarixi qalanın müxtəlif zamanlarda fərqli məqsədlərlə istifadə olunması barədə danışır:
“XIX əsrdə, təxminən 1870-1880-ci illərdə rus kazakları bu qaladan silah anbarı kimi istifadə ediblər. Sovet dövründə isə həmin ərazidə yaşayış evləri var idi və bu yaşayış evləri qalanın qabağını tutduğundan, qala aydın görünmürdü. Həmin yaşayış evlərini 1941-45-ci illərdə müharibədən evakuasiya olunanlara və müharibə əlillərinə verirdilər. 1991-1992-ci illərdə isə qalanı müxtəlif şirkətlər: bank, turizm agentliyi icarəyə götürüb. Hətta o qalada mənzil istismar sahəsi də yarım il müddətində fəaliyyət göstərib. 2000-ci ildə isə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu UNESCO-nun ( Elm ,Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) Dünya İrsi siyahısına salınandan sonra qərara alınıb ki, əsas qala divarın qarşısını açmaq lazımdır. Beləcə, təxminən 2001-ci ildə o evlər sökülməyə başlayıb və o binanın sakinlərinə yeni evlər verilib”.
Dördbucaqlı qalanın relyefindən məlumat verən Kamil İbrahimov bildirir ki, “Donjon” Qız qalasından hündürdə yerləşir:
“Dördbucaqlı qala, qala divarları cərgəsində dördbucaqlı şəklində olan və qala formasında inşa edilən yeganə bürcdür. Övliya Çələbinin yazdığına görə, İçərişəhərin 70-ə yaxın yarımqövs, bir dördbucaqlı bürcü var. Dördbucaqlı qala 4 mərtəbədən ibarətdir. Qalanın yuxarı mərtəbəsinə çıxanda Qız qalasının aşağıda olduğunu görmək olar. Əsgərlər bu qalada silah saxlayır, əsgər yolu ilə içəri daxil olub-çıxa bilirdilər. Ehtimal olunur ki, İçərişəhər metro stansiyasının arxasındakı yeraltı tikilidən Qoşa qala qapısınadək uzanan bu yeraltı yol məhz Dörbucaqlı qalanın altından keçir”.
İnşa edilən dövrdən bu günə qədər qorunan Dördbucaqlı qala İsmailiyyə binasına bitişik yerləşir. Mir Teymur Məmmədovun sözlərinə görə, İsmailiyyə binası inşa ediləndə Bakı Şəhər Dumasından icazə alan Ağamusa Nağıyevə şərt qoyulur ki, saray inşa ediləndə qalaya zərər dəyməsin. A. Nağıyev bununla razılaşır. Belə ki, İsmailiyyə Sarayının memarı İosif Ploşko da binanı inşa edəndə Dördbucaqlı qalaya dəyməməyə çalışır və İsmailiyyənin arxa tərəfini qalaya dayaq divarı kimi inşa etdirir.
“Donjon”un İsmailiyyə binası ilə bağlı tarixindən danışan Kamil İbrahimov isə əlavə edir ki, Dördbucaqlı qala 1918-ci il mart hadisələrində əhalinin düşməndən qorunması üçün sığınacaq yeri olub:
“1918-ci il mart hadisələrində ermənilərin, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin və ətraf binaların damlarında yerləşdirdikləri toplardan atəşə tutulan İsmailiyyə binasına ziyan çox dəysə də, bu Dördbucaqlı qalaya təsir göstərməyib, çünki İsmailiyyə binası qalanı sağ və sol tərəfdən əhatəyə almışdı. Atışma və partlayışlardan qorxuya düşən əhali isə qorunmaq üçün Dördbucaqlı qalaya sığınmış, qalanın içərisindən yeraltı yollar vasitəsi ilə İçərişəhərə daxil olmuşdular. Təxminən 1880-1890 –cı illərdə rus mühəndisləri tərəfindən çəkilən xəritə və planlarda qalanın fasadının fotosu var və o foto bizə gəlib çatıb. Həmin fotoda cəbbəxanadan həm İçərişəhərə, həm də çöl tərəfə iki yolun olduğunu görmək olar və təqribən 2000-nə yaxın əhali də mart hadisələrində o yollar vasitəsiylə İçərişəhərə daxil olub”.
Dördbucaqlı qalanın arxiv fotolarını bir çox fotoqraflar lentə alıblar. Belə ki, qalanın həm konservasiyadan əvvəl, həm də konservasiyadan sonra fotoları çəkilib. Rəssam Mir Teymur Məmmədovun verdiyi məlumata görə, qalanın fotosunu çəkən fotoqraflardan biri İsaak Aronoviç Rubençikdir. Mir Teymur Məmmədovun özü də 1950-ci ildən “donjon”un fotolarını çəkməyə başladığını bildirir.
Dördbucaqlı qalanın konservasiyasından danışan Kamil İbrahimov qalanın yeni texnoloji metodlarla restavrasiya olunduğunu söyləyir:
“ 2013-cü ildə İçərişəhər Dövlət Qoruğu tərəfindən Dördbucaqlı qala yüksək səviyyədə konservasiya olunub, arxeoloji qazıntılar aparılıb. Qalada yaxın vaxtlarda ekspozisiya da açılacaq. Amma hansı ekspozisiyanın olacağını əvvəlcədən deyə bilmərəm. Burada silah ekspozisiyası, kitabxana və s. ola bilər. Bir sözlə, qaladan məqsədyönlü istifadə olunacaq”.
Qeyd edək ki, vaxtilə “cəbbəxana”( silah anbarı) olan Dördbucaqlı qaladan indi İncəsənət Qalası kimi istifadə edilir və qalada emalatxana, sərgi, mühazirə, qalereya zalları fəaliyyət göstərir. Müsahibimiz Mir Teymur Məmmədov da həmin qalada keramika üzrə ustad dərsləri keçib.
Hazırladı: Səma Baxşıyeva
Asiman Aslanova
cialis mail order pharmacy
https://viagrawithoutdoctorspres.com cialis discount pharmacy
vipelkaru.txt;5;12
vipelkaru.txt;5;12
superelochkaru.txt;3;10
72elkaru.txt;8;18
72elkaru.txt;8;18