Podkastlar

Kimi üçün dəli, kimi üçün dahi – Dostoyevski

XIX əsrdə Qərbdə səs salan üç oxunaqlı yazardan biri Fyodor Mixayloviç Dostoyevski 30 oktyabr 1821-ci ildə Moskvada anadan olub.

Hərbi həkim olan atası Mixail Andreyeviç olduqca sərt və disiplinli insan olduğundan övladlarına da komandir sərtliyi ilə davranır. Eyni  zamanda atasının içki düşkünü olması da bu sərtliyə təsir edir.

Anası Mariya isə xəstə olmasına rəğmən övladlarının təhsilinə xüsusi diqqət yetirir, onların ibtidai təhsili ilə məşğul olur.

Uşaqlıq illəri ilə bağlı xatirələrində anasına əzab çəkdirməsinə , xidmətçilərlə pis rəftarına görə atasına nifrət etdiyini bildirən Dostoyevskinin əsərlərində yaratdığı içki düşkünü obrazının da atasının prototipi olduğu güman edilir.

Onsuzda xoşbəxt həyat sürməyən ailənin əsas faciəsi ana Mariya Dostoyevskinin ölümü ilə başlayır. Bundan sonra tamamilə içki aludəçisinə çevrilən ata Mixail Andreyeviç 6 övladın hamısına baxacaq qədər imkanı olmadığı üçün uşaqlardan yalnız  ikisini öz himayəsində saxlayır. Ikinsini isə xalası tərbiyə etmək üçün götürür. Böyük oğlanlar Andrey və Fyodor  Peterburqdakı Baş Mühəndislik məktəbinə göndərilir. Xatirələrində hərbiyə nifrət etdiyini bildirən Dostoyevski təhsil illərində vaxtının çox hissəsini mütaliyəyə həsr edir, mümkün olduğu qədər çox oxumağa çalışır. Elə bu səbəbdən də yazar mühəndislik məktəbindəki təhsilini başa vurduqdan sonra yalnız bir il peşəsinə uyğun olaraq kiçik leytnat kimi çalışır. 1 illik iş fəaliyyətindən sonra istefaya çıxan Dostoyevski özünü bədii yaradıcılığa həsr edir, kitab üzərində çalışır. Maddi təlabatlarını təmin etmək üçün pula ehtiyacı olan yazıçı bu dövrlər həm də tərcüməçiliklə  məşğul olur, dolanışığını  bu üsulla təmin edir. O, həmin vaxtlar da maddi çətinlik ucbatından günlərlə ac qalsa da, yenə də yazmaq sevdasından əl çəkmir. Və nəhayət 1846-cı ildə ilk romanı olan  “İnsancıqlar”ı çap etdirməyə nail olur.

Bu illər eyni zamanda siyasətlə də maraqlanan Dostoyevski 1849- cu ildə dövlət əyehinə çevriliş planı hazırlamaqda şübhəli bilinərək  20 dostu və qardaşı ilə birlikdə həbs edilir. Səkkiz aylıq həbs cəzasından sonra edam olunmaq üçün müəyyən olunmuş yerə aparılarkən isə yolda əhv qərarının verildiyini eşidir. Yazarın ölüm cəzası  4 illik kürək, 6 illik həbs ilə əvəzlənir. Cəzasını çəkmək üçün Sibirə göndərilən yazar burada müxtəlif  taleli insanlarla tanış olur və özü də bilmədən gələcək əsərlərinin qəhrəmanlarını tapır. Cəzasının 4 ilini başa vurduqdan sonra gizir rütbəsi ilə orduda xidmətə başlayan Dostoyevski 1859-cu ildə  azad edilir və Peterburqa qayıdır. Buradakı əziyyətli illərindən Dostoyevskinin yeganə qazancı  “Ölülər evindən qeydlər” əsəri olur. Yazar həbsxana həyatını bu romanında hərtərəfli təsvir edir. Bundan başqa o, 1846-1880 ci-illər ərzində 11 roman, 6 poves və hekayə yazır. Bu sıraya “Alçaldılmış və təhqir olunmuşlar”, “Qumarbaz”, “Yeniyetmə”, “İdiot” “Ölülər evindən qeydlər” və s. kimi romanlar, “Bəyaz gecələr”, “Gülməli insanın yuxusu”, “Əbədi ər” və s. kimi hekayə və povestlər aiddir.

Yazıları üçün bədbəxt hadisələrdən ilham alan bu yazıçı sanki sevdiyi qadınları da  müəyyən bədbəxtliklərlə üzləşən şəxslər arasından seçirdi.

Çünki Yazarın ilk həyat yoldaşı dul qadın Mariya Dimitriyevna həm də, vərəm xəstəsi idi.

Evlilik həyatından sonra yazarın üzərinə düşən məsuliyyət ikiqat artır. İndi o yalnız özü üçün deyil, həm də ailəsi üçün çalışmalı, daha çox qazanmalı olur. Elə bu məqsədlə də yazar bu illər yenidən köhnə məşğuliyyətinə – qumara – üz tutur. Bir gecədə qumar oyununda bütün var-dövlətini itirən Dostoyevski borcları səbəbi ilə ailəsini Peterburqda qoyub ölkəni tərk edir. Sonralar  köhnə naşir dostlarının köməyi ilə ölkəyə qayıdır.

Dostoyevski həyat yoldaşı Mariya Dimitriyevnanın ölümündən sonra Polina Suslova ilə  ailə qurur.  Lakin maddi çətinliklər ucbatından bu evlilik də uzunömrlü olmur.

Bu dövrlər kitabları bir-birinin ardınca nəşr olunan yazar kifayət qədər pul qazansa da, qazandıqlarının çox hissəsini qumarda uduzur, əlində qalan pullar isə yalnız ərzaq ehtiyyacını qarşılamağa yetir. Yazar bu problemlərindən yalnız 1866-cı ildə Anna Snitkin ilə evləndikdən sonra xilas ola bilir. Yazarın həyatını, eyni zamanda büdcəsini qaydaya salamaqla məşğul olan bu qadın mükəmməl həyat yoldaşı olur. Annanın nəzarəti nəticəsində Dostoyevski tez zamanda borclarının mühüm bir qismini ödəyir. Nəhayət  o, da xoşbəxt evlilik yaşamağa başlayır. Amma bu xoşbəxtlik də çox çəkmir. Həm Annanın, həm də Dostoyevskinin səhhətində problemlər yaranır.

Yazar 25 yanvar 1881-ci ildə ciyər qanaması ilə yatağa düşür, 28 yanvarda isə artıq zamanın tamam olduğunu özü də bilən yazıçı səhər gözlərini “Bilirəm ki, bu gün öləcəm” sözləri ilə açır. Elə həmin gün də gözlərini əbədiyyən yumur.  Yalnız rus ədəbiyyatının deyil,  dünya ədəbiyyatının da  inkişafında mühüm işlər görmüş yazarla vida mərasiminə 30.000 dən çox insanın qatıldığı deyilir.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.