Müsahibə, Sosial, ZZ-Manşet

“Kolleclərin bağlanması ümumi yanaşılma tələb etmir”

mektebTələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natıq Əliyev: “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bəzi kolleclərin birləşdirilməsi, bəzilərinin isə universitetlərin nəzdinə verilməsi çox yaxşı haldır”.

Təhsil  şurasının sədri Əjdər Ağayev bu təklif barədə fikirlərini GSR.fm-lə bölüşüb:

“Kolleclərin birləşdirilməsi, ümumiyyətlə, təhsil sisteminə daxil olan təhsil ocaqlarının həm strukturca, həm təlim keyfiyyətinə, həm maddi-texniki bazasına, həm də kadr təminatına görə yaxşılaşdırılmasına xidmət edir.  Kolleclər indiyə qədər lazım olan işləri, yəni kiçik kadr hazırlığı işlərini yerinə yetiriblər. Ancaq bugün dünya təcrübəsinə inteqrasiya olunan şəraitdə ayrı-ayrı ölkələrdə institutlar, elmi-tətqiqat mərkəzləri, kolleclər universitetlərin tərkibindədir.  Buna görə də, Azərbaycan təcrübəsində inteqrasiya gedir. Bir çox sahələrdə olduğu kimi  infrastruktrun da yeniləşməsində o təcrübədən istifadə edilir. Kolleclərin birləşdirilməsi rəhbərliyin vahid istiqamətdə həyata keçirilməsini təmin edecek. Madii-texniki bazanın lokal şəraitdə istifadəsinə imkan verəcək. Kolleclər sadəcə birləşdirilmir, həm də universitetlərin tərkibinə daxil edilir. Ümumiyyətlə intizamın, davamiyyətin də vəhdətdə həyata keçirilməsi təmin olunacaq. Kolleclərin bağlanması məsələsi ümumi şəkildə yanaşılma tələb etmir.  Pedoqoji istiqamətdə olan kolleclərin bağlanması ehtimalı ola bilər. Hətta bugün birləşdirmədən əvvəl onların bağlanması təklifini verənlərdə var idi. Lakin bağlanılmadı, birləşdirildi. Gələcəkdə kolleclərin kadr hazırlığı faydalılığı özünü doğrultmasa,  bağlanma ehtimalı vardır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.