İdman, Müsahibə, Xəbərlər, ZZ-Manşet

“Komandamız fərqi artırmaq şanslarına malik idi”

showpic_el100 (11)

DÇ-2018-in seçmə mərhələsində milli doğma meydanda Norveçə 1:0 hesabı ilə qalib gəlib.

Dünən baş verən Azərbaycan-Norveç oyununu şərh edən idman şərhçisi Sənan Şəfizadə GSR.fm-ə müsahibəsində bildirib ki, Azərbaycan-Norveç maçında komandamız ilkin mərhələdə ilk ciddi qələbəni qazandı:

“Heç bir seçim mərhələsinə komandamız belə uğurla başlamayıb. İki oyun, iki qələbə, altı xal və qrupda Almaniyadan sonra ikinci pillədəyik. Komandamız inamlı təsir bağışlamadı. Erkən qol vurduq. Rəqib müdafiəçinin səhvi və Maksim Medvedevin dəqiq zərbəsi ilə hesab açıldı və bu maçda yeganə qol oldu. Təəssüf ki, ilk hissədə komandamız o qədər də yaxşı oyun nümayiş etdirmədi. Sözsüz ki, müdafiə olunmağımıza görə heç kim bizi qınaya bilməz və bu hesabı qorumaq üçün müdafiə olunmağımız təbii hesab olunmalıdır. Sadəcə ikinci hissədə biz fərqi artırmaq şanslarına malik idik. Rəqib hücuma keçərkən, əks hücumla rəqibi yaxalaya bilərdik, amma, irəlidə çox futbolçumuz olmadğı üçün bunu edə bilmədik”.

Şərhçi həmçinin əlavə edib ki, istərdim ki, komandamız oyun planını da artırsın:

“ Sözsüz ki, qələbə olan halda biz komandanın oyunu haqqında yalnız və yalnız yaxşı danışmalıyıq. Komandanın oyununa yaxşı demək mümkün olmasa da, nəticə əla idi. Yəni 5-6 il sonra heç kim yadda saxlamayacaq ki, Azərbaycan Norveçə qarşı necə oynayıb. Əsas 1-0 hesablı qələbədir. Amma digər rəqiblər və ya digər komandalar belə səhvləri bizə bağışlamayacaqlar. Norveç komandası asanlıqla orta mərkəzi keçirdi. Eyni zamanda bizim futbolçularımız çaşqınlıq içində oldu. 50-ci dəqiqədən sonra fiziki cəhətdən biraz axsama hiss olunurdu və komandamız topu özündə saxlaya bilmirdi. Bütün bu amillər nəzərə alınmalıdır”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.