Aktual, Z-Manset

“Kortəbii pəhrizlər ziyandır”

Dəniz mövsümünün açılmasına az qaldığı bir vaxtda insanları artıq çəki, bədən quruluşu məsələsi daha çox  narahat etməyə başlayır. Əksər vaxtlarda normal bədən quruluşuna sahib olmaq istəyənlər çıxış yolunu müxtəlif pəhrizlərdə görürlər.

Sorğu:

– Mən hal-hazırda fikrimi cəmləmişəm çoxlu su içməyə, axşamlar yeməməyə. Düzdür, axşamlar yeməmək o qədər də vacib deyil. Əsas odur ki, yatmadan 3 saat öncə yeməyəsiniz. Duz, şirniyyat və xəmiri arıqlamaq istəyirsinizsə, çıxartmaq lazımdır. Yayda isə bu, ümumiyyətlə, asandır. Çünki seçim çoxdur. Hər şey təbii, hər şey təzə olur.

– Pəhriz saxlamıram. Pəhriz sağlam qidalanmaq deməkdir. Çalışıram qidalanmaya fikir verim, normal idmanla məşğul olum. Sadəcə evdə “Youtube” kanalından fitneslərlə və yaxud da ki, sadəcə zumba rəqsləri var. Onlarla məşğul olub normal kalori atıram.

– Pəhriz gündə bir dəfə yeyirəm. Səhər ancaq çay içib evdən çıxıram. Yox, ən əsası səhər birinci bir stəkan su içirəm. Ondan sonra işə çıxana yaxın ola bilər ki, çay içim, məsələn, nəsə bulkayla belə. Günorta yemirəm. Bir də axşam yeyirəm. Axşam evə gedəndə. O da belə yüngülvari salat nəsə belə.

Dietoloq-terapevt Ləman Süleymanova deyir ki, qış fəslində insanların yeməyə tələbatı artır və bu zaman onlar çəkilərini geyimləri ilə gizlədə bilirlər. Yaz və yay aylarında isə bu mümkün olmadığından pəhriz saxlamağa başlayırlar. Pəhriz saxlamaq isə ac qalmaq demək deyil. Dietoloq deyir ki, insan qidayla kökəldiyi kimi qidayla da arıqlamalıdır.

Ləman Süleymanova:

Məsələn, həftə yeddi gündən ibarətdir. 7 gündən müəyyən günlərdə sulu yeməklərə daha çox üstünlük verin. İş adamları səhər yemir, günorta yemir, axşam gəlib yeyir. Axşam yeyilən qida bilirsiz nədir bu? Yorğun orqanizm yüklənir, əgər çox yemək yeyirsizsə, daha da çəkidə artım olur. Piylənməyə səbəb olur. Yeməkdən dərhal sonra çay, su, qazlı içki içmək olmaz. Yaxud yeməklə bərabər qazlı içki içirlər. Yeməyin tərkibindəki xolestrin orqanizmə mənfi fəsadı birdirsə, olur iki. Yeməkdən dərhal sonra meyvə yemək olmaz. Müəyyən meyvələr var ki, yeməkdən dərhal sonra köpün əmələ gəlməsinə gətirib çıxara bilər

İnternetdə effektli nəticələr vəd edən pəhrizlərin insan orqanizmi üçün təhlükəli olduğunu hesab edən dietoloqun sözlərinə görə, hər bir insanın orqanizmi fərdi xüsusiyyətlərə malik olduğuna görə pəhrizlər də fərdi olmalıdır. Bir pəhriz bütün orqanizmlərə müsbət təsir göstərməyə bilər.

dieta-2-sekil

Ləman Süleymanova:

Bilirsiniz, piy bu bir  fundamentdir. Bunu əritmək üçün, sağlam şəkildə əritmək üçün metobolizm hızlanmalıdır. Metobolizmin sürətlənməsi üçün gündəlik zülala, yağa, karbohidrata, vitaminə, minerala olan tələbat ödənilməlidir ki, bu piy ərisin. Kortəbii pəhrizlər sadəcə piyin içindən maye ehtiyatını çəkir, piy qalır yerində və heç bir arıqlama olmur. Orqanizm bu dietaya öyrəşdirilir. Məsələn, 10 gün eyni qidanı yeyirsən, dayandıran kimi 5 kiloqram itirmisənsə,  10 kiloqram əvəzinə yığırsan. Çünki itirilən çəki sudan gedir, piy qalır yerində. Bu piyi əritmək üçün isə həkimə müraciət etmək lazımdır.

Əhalinin sağlam qidalanma ilə bağlı maarifləndirilməsinə ehtiyac olduğunu düşünən dietoloq deyir ki, artıq çəki kişilərdə cinsi xəstəliklərin yaranmasına, qadınlarda isə ana olma ehtimalının azalmasına gətirib çıxara bilər.

Ləman xanımın sözlərinə görə, bu məsələdə xüsusilə valideynlər diqqətli olmalıdırlar. Çünki sağlam qidalanma ilk növbədə ana südündən başlayır. Körpəlik dövründən tutmuş yeniyetməlik dövrünə qədər insanın qidalanması gələcəkdə onun çəkisinə böyük təsir göstərir.

Dietoloq, həmçinin, bildirir ki, bu gün bəzi həkimlərin arıqlamaq üçün pasientlərinə dərman yazmaları da bir fəlakətdir. O deyir ki, həmin dərmanların təkibində xüsusi narkotik maddələr olduğu üçün ondan asılılıq vəziyyəti yaranır və bu da xərçəng xəstəliyinin yaranmasına səbəb olur. İstər dərmanlar, istərsə də arıqlamaq üçün olan aparatlar insan orqanizminə ziyandan başqa heç nə vermir.

Ləman Süleymanova:

Çox məşhur yayılıbdır akupunktura. Nədir? Qulağa sırğa taxılır, bu aclığı azaldır. Mən sizə deyirəm, bunun beyinə çox böyük ziyanı var. Bütün sluxavoy aparata (eşitmə orqanına) ziyandır. Ana olmayan qız uşaqlarında şüalanma olur. Ümumiyyətlə, bütün daxili orqanları bir-birinə vurur. İnsan orqanizminə çox böyük ziyan vurur. O yalançı bir aparatdır. Onun heç bir təsiri yoxdur. Elə aparatlar təqdim edən həkimlərə getməyin.

Dietoloq onu da qeyd edir ki, arıqlamaq istəyən xanımların psixoloji vəziyyəti çox vaxt yaxşı olmur və onlar daimi depressiya və stress içində olurlar. Psixoloq-psixoterapevt Təhminə Çələbi deyir ki, belə halların olmaması üçün xanımlar özlərini olduğu kimi qəbul etməli və sevməlidirlər.

Təhminə Çələbi:

İnsanın özünü sevməsi üçün, motivasiya etməsi üçün, stimul yaranması üçün qarşısında müəyyən bir məqsəd olmalıdır. Əgər bu insanın doğurdan da kilosu çoxdursa və bu ona yaşamağa mane olursa, qarşısına məqsəd qoyaraq ona çata bilər. Yəni burada əlçatmaz bir şey deyil və çıxış yolu həmişə var. İnsan öz gücünü dərk etməlidir və bunun dalınca getməyi bacarmalıdır.

Öncəki xəbərNövbəti xəbər