Cəmiyyət

Kosmetika seçərkən diqqətli olun!

Hər gün az da olsa kosmetikadan istifadə etdiyini deyən Sumqayıt şəhər sakini Nigar Hüseynova  dərisində yaranan problemlərdən danışır. Düşünür ki, bu cür problemin yaranmasının əsas səbəbi bəzən ucuz məhsullara aldanmaqdır.

Nigar Hüseynova:

-Elə olub ki, eyni firmanın məhsulunu firma mağazasından deyil, digər mağazadan almışam, lakin onun təsiri çox pis olub: dəridə əks-reaksiyalar verir, səpir, qızarır. Qiymət digər mağazalardan nisbətən aşağı olduğu üçün bəzən alıcılar aldanır ki, firma məhsuludur, burada uzucdur, alım, amma həqiqətən sonda peşman olursan.

Kosmetoloq Günel Məlikova isə ona müraciət edən xəstələrin dərilərində yaranan əksər problemlərə keyfiyyətsiz kosmetikanın səbəb olduğunu bildirir. Bununla yanaşı kosmetoloq dəriyə uyğun olmadığı halda, hətta ən keyfiyyətli kosmetik vasitənin belə dəridə müəyyən problemlər yarada biləcəyi fikrindədir. Bunun üçün də o, dəriyə qulluq vasitələrindən istifadə edərkən xanımlarımıza kosmetoloqa müraciət etməyi məsləhət görür.

Günel xanım, həmçinin, bildirir ki, kosmetikanın keyfiyyəti onun satış ünvanı ilə də əlaqəlidir.

Günel Məlikova:

-Məhsulun hardan alınması da çox fərq eləyir, əsas ona fikir vermək lazımdır. Çöldə, əldə, metronun altında filan satılan məhsullar keyfiyyətsizdir, bunu hamı bilir. Məhsulu firmanın özündən alınması  ya keyfiyyətli firmadan alınması vacibdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə satışda olan kosmetik vasitələrin əksər hissəsinin standartlara uyğun olmadığı fikrindədir. O, hər gün bu məsələ ilə bağlı sədri olduğu qruma ən azı bir-iki zəngin daxil oluduğunu deyir. Bu gün hətta ən tanımış firma mağazalarda belə saxta məhsullara rast gəlindiyini bildirən Eyyub bəy  kosmetika seçərkən alıcıları xüsusilə diqqətli olmağa çağırır. Belə məhsullara qarşı mübarizədə  əsas məsuliyyətin  Gigiyena orqanlarının və İqtisadi İnkişaf Nazirliyinin bazara nəzarət qrumları, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin üzərinə düşdüyünü bildirən Eyyub müəllim  bu sahədə əhalinin maarifləndirilməsini də vacib şərtlərdən sayır.

Eyyub Hüseynov:

– Azərbaycan bazarı liberal bazar elan olunubdur, lakin liberal bazar o demək deyil ki, insan həyatı üçün təhlükəli mallar da gəlsin, o cümlədən kosmetik  vasitələr də. Hökümətin istehlakçılıq siyasəti biznes-inkişaf siyasətindən xeyli geri qalır. Cənab prezidentə keçən il ilin ortalarında məktub yazmışam bununla bağlı və müsbət cavablar almışam. Düşünürəm ki, Azərbaycanda mükəmməl istehlakçılıq siyasəti formalaşacaqdır.

Standartlaşdırma, Metrologiya və Patetnt üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə  son zamanlar ölkəyə idxal olunan kosmetik vasitələrə  nəzarət tədbirlərinin gücləndiyini hesab edir. Komitənin əsas işinin istehlakçıların şikayətləri əsasında təşkil edildiyini bildirən Fazil müəllim bu sahədə əsas şikayətlərin brend məhsulların saxta variantları ilə bağlı olduğunu deyir. Cari ilin üç ayı ərzində altı təsərrüfat subyektində nöqsanlar aşkar edildiyini və bunun nəticəsində də həmin  firmaların idxal etdiyi məhsulların qadağan edildiyini bildirən müsahibimiz bu kimi nöqsanlarla üzləşdikləri halda alıcılara komitəyə müraciət etməyi məsləhət görür. Həmçinin, bildirir ki:

-Dövlət komitəsi, dövlət müfəttişi hər bir satanın arxasınca düşüb onu nəzarətdə saxlaya bilməz. Bu yəni real bir şey deyil.  Burada biz  dövlət nəzarətini həyata keçirərəkən təbii ki səlahiyyətlərimiz çərçivəsində maksimum güclə çalışırıq, amma gəlin götürək Azərbaycandakı satış obyektlərinin sayını və dövlət qrumunda çalışan rmüfəttişlərinin sayını bunlarla heç ağılabatan müqaisə alınmır.

Hər hansısa  prestijli firmanın, sahibkarın illər ərzində qazandığı adını saxta mal satışı ilə heç edəcəyinə inanmadığını deyən Fazil Talıblı bu vaxta qədər də belə bir halla rastlaşmadıqlarını deyir. Bu kimi halla qarşılaşdıqları halda alıcılara komitənin qaynar xəttinə müraciət etməyi də məsləhət görür.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.