Siyasət, ZZ-Manşet

Kristian Vigenin Azərbaycana gəlib

kristianATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, səfəri zamanı onun Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və Xarici İşlər Nazirliyində görüşlər keçirməsi planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.

O, Bakıdan əvvəl İrəvan və Tbilisidə səfərdə olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.