Cəmiyyət

“Küçə ticarəti sanitar normaların pozulmasıdır”

Əlil olduğundan gündəlik xərclərini ödəyə bilməyən 53 yaşlı Aygün Kərimova çıxış yolunu küçə ticarətində tapdığını deyir. Bu növ ticarətin qanunsuz olması barədə xəbərdar olsa da Aygün xala buna görə polislərə müəyyən haqq ödədiyini də gizlətmir.

Aygün Kərimova:
Bir dəfə cərimə ediblər -10 manat, icazə vermirlər, sadəcə mən xəlvətcə edirəm, həm də invalidəm, qılçalarım invaliddi, ona görə hörmət edirlər, elə 3 manat- 4 manat verirəm.

Aygün xala deyir ki,  əliliyə görə təqaüd almaq istəsə də rüşvət hallarına görə buna nail ola  bilməyib.

Aygün Kərimova:  

1000 manat pul istəyirlər, pulum yoxdu. Deyir 1000 manat ver  Mənim də o qədər pulum yoxdu.

Bəs küçədə satmağın bazardan fərqi nədir? sualını isə Aygün  Kərimova belə cavablandırır:

Aygün Kərimova:

Eyni şeydi, sadəcə mən az alıram malı. Mağaza təmizləyirəm, çıxmışam 5 dənə alıram ki, təmizləyib qurtarana kimi satım 1-2 manat çörək pulu olsun, indi bir az satacam, qalanını da sabah satacam.

Küçə ticarətinin ciddi problem olduğunu deyən Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovun   sözlərinə  görə isə  küçə ticarətinin  səbəbi istehlakçıların  buna təlabat yaratmasıdır, buna səbəb müvafiq dövlət orqanlarına, yəni  keyfiyyətə nəzarət edən orqanlara  inamın olmamasıdır.

Eyyub Hüseynov:

Bu inamı bərpa etmək üçün istehlakçıların inamını yaradan mexanizm işləyəcəyik və dövlət orqanlarını da  cəlb edəcəyik ki, istehlakçılar belə şeylərə tələbat yaratmasınlar.

Ekspert onu da əlavə edir ki, küçə ticarətçiləri vergidən  yayınırlar və bu sahədə dövlət büdcəsinə ödəmələr demək olar ki, minimum səviyyədədir.

Eyyub Hüseynov:

Təəssüflər olsun ki, Bakı şəhər İcra hakimiyyətinə tabe olan Bakı şəhər istehlak və xidmət departamenti küçə ticarətini qanuniləşdirir və rüsumlar alır.

Şəhər sakinləri isə küçədə ticarət edənlərə  müxtəlif  yanaşırlar.

Sevda Əliyeva:

Mən heç nə almıram küçədən, onlar da məni narahat etmirlər. Sadəcə yollarımız tör-töküntü görünür.

Rüfanə Cəfərzadə:

Mən tələbəyəm, hər gün evə gedərkən metrodan istifadə edirəm,yolun kənarını bir az da daraldırlar. Yoldan keçmək çox çətin olur.

Qeyd edək ki, qanunvericiliyə görə küçə ticarəti sanitar normaların pozulması hesab olunur və küçədə ticarətlə məşğul olan  şəxsləri 200 manatadək cərimə gözləyir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.